Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir.
"Nəqliyyat infrastrukturu da daxil olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələri daha da gücləndirmək çox vacibdir və biz buna nail olmaq üçün hər şeyi edirik və etməyə davam edəcəyik. Bizim həm Azərbaycanla, həm də Türkiyə ilə çox yaxşı impulsumuz var və əlbəttə ki, bu istiqamətdə fəal şəkildə işləməyə davam edəcəyik", - deyə Baş nazir əlavə edib.
Tahir TAĞIYEV