ABŞ müdafiə naziri Pit Heqset Kubaya qarşı hərbi əməliyyat ehtimalının istisna edilmədiyini bildirərək Havana hökumətini Prezident Trampın strateji qətiyyəti barədə xəbərdar edib.
Vaşinqtonun kartellərə qarşı qurduğu hərbi koalisiyasının tədbirində mətbuata danışan Heqset Kubaya hərbi müdaxilə eyhamı vurub: "Daha əvvəl də dediyim kimi və düşünürəm ki, əvvəllər nə baş verdiyini görmüsünüz, hərbi variantlar da daxil olmaqla, bütün variantlar masadadır".
Müdafiə naziri vurğulayıb ki, Prezident Trampın ABŞ-ın strateji prioritetlərini müdafiə etmək əzminə qulaq asmaq Karib adasının xeyrinə olardı.:"Heç kim ABŞ-la müqayisə edilə bilməz. Bu yarımkürədə xarici təsirin əldə edəbildiyi nailiyyətləri olduqca əhəmiyyətsizdir ".
Heqset Amerikadakı Kartellərə Qarşı Koalisiya vasitəsilə rəqiblərinə xəbərdarlıq edib: "Ruslar, kubalılar, iranlılar və venesuelalılar... Bu ölkələrin ABŞ-a və koalisiyaya yanaşma tərzi göstərir ki, onlar, xüsusən də bu yarımkürədə güc balansının harada olduğunu başa düşürlər. Və bu, şübhəsiz ki, Kuba üçün də keçərlidir".
Ötən ilin iyun ayında Prezident Tramp Venesuela və ya İran üçün nəzərdə tutulan əməliyyatlara bənzər şəkildə Kubaya qarşı mümkün hərbi əməliyyatdan danışmışdı. Lakin Tramp Havanaya qarşı daha fərqli yanaşma nümayiş etdirərək iki ölkə arasındakı fərqi bu sözlərlə ifadə etmişdi: "Fərq ondadır ki, Venesuelada neft var, Kubada yoxdur. Kubanın gözəl mülkləri və gözəl sahil xətti var".
Tahir TAĞIYEV