İslamabad İran və Misirin Məkkə müqaviləsinə qoşulmasına etiraz etmir. Bu barədə Pakistanın Rusiyadakı səfiri Tirmizi Faysal Niyaz Hizbullaha bağlı Livan televiziya kanalı Əl-Məyadin-ə bildirib. Qeyd edək ki, artıq "Müsəlman NATO"su adlandırılan birgə müdafiə müqaviləsi Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən 7 avqustda imzalanıb. Müqaviləyə əsasən, ittifaq üzvlərindən birinə edilən hücum bütövlükdə ittifaqa edilən hücum hesab ediləcək. Tehran rəsmi olaraq bunu İrana qarşı yönəlmiş addım kimi qiymətləndirib, lakin imza atan dövlətlərin nümayəndələri onun sırf müdafiə xarakterli olduğunu bildiriblər. Hələlik bu müqavilə Səudiyyə Ərəbistanına Husi hücumlarına cavab vermək üçün istifadə edilməyib. Ancaq imzalanmasından bir gün sonra Pakistanın müdafiə naziri Xavaca Asif yeni ittifaqın İsrail-Hindistan blokunu neytrallaşdırmalı olduğunu bildirib.
SAMİRƏ