Novorossiyskdəki Rusiya taxıl terminalı gecə dron hücumundan sonra fəaliyyətini dayandırıb.
"Terminal fəaliyyətini dayandırıb və hazırda dəymiş ziyan qiymətləndirilir", - deyə sənaye mənbəsi “Reuters” agentliyinə bildirib.
Terminal sahibi Demetra Holding də ziyanı təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.
Xatırladaq ki, Rusiyanın taxıl ixracının üçdə birinə qədəri Novorossiysk limanından keçir. Ukraynanın Azov dənizindəki hücumları Rusiya taxıl ixracını iflic edib.
Tahir TAĞIYEV