Hörmüz boğazı ilə bağlı İrana güclü bir mesaj göndərən ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun Hörmüz boğazı üzərində "tam nəzarət"ə sahib olduğunu iddia edib.
Tramp sosial media paylaşımında, ABŞ ordusunun Hörmüz boğazı üzərində tam nəzarətə malik olduğunu və bnunu qoruyub saxlayacaqlarını deyib
Tramp, ABŞ-ın Hörmüz boğazındakı blokadasını hər kəs tərəfindən "polad divar" kimi təsvir edildiyini və İranın bu barədə heç nə edə bilməyəcəyini iddia edib: "Onların nə donanması, nə də hava qüvvələri var, qalan əsgərlərinə maaş verə bilmir. İnqilab Keşikçiləri əzilib və qaçırlar. Liderliklərinin taleyi qeyri-müəyyəndir. Onların pulu yoxdur. Ölkələri bombalanır".
İranın yalnız "yalançı mətbuat" və "300 faiz" inflyasiyaya sahib olduğunu iddia edən Tramp, ölkənin vəziyyətinin getdikcə daha da pisləşdiyini iddia edib.
"İran yalnız danışır, hərəkət etmir, onlar artıq Yaxın Şərqin ağası deyillər" – deyən Tramp, paylaşımını bu sözlərlə yekunlaşdırıb: "Allaha həmd olsun!"
Tahir TAĞIYEV