Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gənc rusiyalılara rezonans doğuran bir bəyanat ünvanlayıb. Rusiya mediasının məlumatına görə, siyasətçi gənc nəslin bir hissəsini sərt tənqid edib. Onun fikrincə, onlar hazırkı tarixi dövrdə vətənpərvərlik hisslərini bölüşmürlər.
Medvedev müraciətində qeyd edib ki, "çox çətin və dramatik bir dövrdən" keçən bir ölkədə vətəndaş mövqeyi onu təəccübləndirən gənclər var. O, sözügedən gənclərin çoxunun "beyin problemləri" olduğunu iddia edib və bu cür davranan gəncləri "axmaqlar" adlandırıb.
Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, gənc rusların xeyli hissəsi xarici amillərin təsiri altına düşür və ölkədə və dünyada baş verən hadisələrlə bağlı fərqli fikirlərini bildirmək üçün "dəyərsiz pul və vədlərlə aldadılır".
Tahir TAĞIYEV