ABŞ prezidenti Donald Tramp qolf oynayanda belə hərbi hava hücumundan müdafiə sisteminin mühafizəsi altında oynayır.
Onun meydançasından çəkilmiş fotolarda dövlət başçısının olduğu yerdən cəmi bir neçə metr aralıda quraşdırılmış "Avenger" sistemi görünür. “Bild” qəzetinin məlumatına görə, sistemin işləməsindən ondan çox hərbi qulluqçu məsuldur.
"Avenger" döyüş əməliyyatları üçün nəzərdə tutulub və "Stinger" raketləri ilə təchiz olunub. Amerika mediasının məlumatına görə, sistem çox güman ki, potensial dron hücumlarından qorunmaq üçün yerləşdirilib.
Əlavə təhlükəsizlik tədbirləri Trampın artıq bir neçə sui-qəsdin hədəfi olmasından irəli gəlir. 2024-cü ilin iyul ayında seçki kampaniyası mitinqində silahlı şəxs onu qulağından yaralamış, daha sonra isə Floridadakı qolf meydançasında silahlı bir kişi saxlanılmışdır. ABŞ-ın İrana qarşı əməliyyatı fonunda hakimiyyət orqanları Tehranın mümkün qisasından da narahatdır.
Tahir TAĞIYEV