Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan siyasətçilərinin İrəvana səfəri zamanı Vladimir Zelenskinin Rusiyaya qarşı təhdidlərinə heç bir cavab vermədiyini unutmayıb.
"Heç kim respublikanın "suveren" siyasətçilərinin və rəsmilərinin Ermənistan paytaxtından Qırmızı Meydanda Qələbə Paradına hücum etməklə hədələyən Zelenski ilə qarşılaşmağa cəsarət tapmadığını unutmayıb", - Zaxarova deyib. Onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin veb saytında mətbuat xidmətindən sitat kimi yerləşdirilib. SAMİRƏ