çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

Image


Sədrəddin Soltan: “Rusiya Əsədi təhvil verməklə öz nüfuzuna zərbə vurmaq istəməz”

Dəməşq məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və təhlükəsizlik rəsmisi Atif Nəcib də daxil olmaqla, keçmiş hökumətin 9 yüksəkvəzifəli şəxsi barəsində ölüm hökmü çıxarıb.

Atif Nəcib məhkəmədə iştirak edib, digər şəxslər isə qiyabi mühakimə olunublar. Məhkəmə həmçinin Bəşər və Mahir Əsədin beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib.

Bəşər Əsəd çoxsaylı şəxslərin, o cümlədən uşaqların qəsdən öldürülməsi, işgəncə, qanunsuz həbslər və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinib.

Suriyada Bəşər Əsəd və digər keçmiş yüksəkvəzifəli şəxslər barəsində ölüm hökmlərinin Rusiya ilə Hmeymim və Tartusdakı hərbi bazaların gələcəyi ilə bağlı razılaşmadan dərhal sonra çıxarılması təsadüfi zamanlama kimi qiymətləndirilməlidir, yoxsa Dəməşq bununla Moskvaya qarşı siyasi mövqeyini sərtləşdirdiyini və Əsəd məsələsini Rusiya ilə münasibətlərdə ayrıca təzyiq alətinə çevirdiyini nümayiş etdirir?

Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Moskva ilə Dəməşq arasında münasibətlərin gələcəyi əsas regional məsələlərdən birinə çevrilib. Rusiya bir tərəfdən Suriyadakı hərbi və geosiyasi mövcudluğunu qorumağa, digər tərəfdən isə ölkənin yeni hakimiyyəti ilə münasibətlər qurmağa çalışır. Bu prosesdə Rusiyanın Suriyada uzun illər ərzində formalaşdırdığı hərbi, siyasi və iqtisadi maraqların necə qorunacağı xüsusi əhəmiyyət daşıyır.

İsrail kəşfiyyat əməliyyatına başladı – Azərbaycan üçün təhlükə - Globalinfo.az

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Moskva ilə Dəməşq arasında münasibətlərin yenidən qurulması Rusiyanın regiondakı mövqeyini qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspertin sözlərinə görə, Rusiya Suriyada Əsəd hakimiyyəti dövründə əldə etdiyi mövqeləri tamamilə itirmək niyyətində deyil. Buna görə də Moskva yeni Dəməşq hakimiyyəti ilə dil tapmağa və qarşılıqlı münasibətlərin yeni formatını formalaşdırmağa çalışır. Suriyadakı bəzi Rusiya obyektlərinin yenidən qurulması, hərbi infrastrukturun gələcək statusu və digər məsələlər bu yeni münasibətlərin əsas istiqamətlərindən biri ola bilər.

Sədrəddin Soltan hesab edir ki, Rusiyanın Suriyadakı mövcudluğunun qorunması üçün ən vacib şərtlərdən biri yeni hakimiyyətlə münasibətlərin normallaşdırılmasıdır. Çünki Moskvanın Suriya ilə əlaqələri yalnız son illərin hadisəsi deyil. SSRİ dövründən başlayan və sonrakı mərhələdə Rusiya tərəfindən davam etdirilən münasibətlər uzunmüddətli siyasi və hərbi əməkdaşlıq üzərində qurulub.

Ekspert qeyd edir ki, Bəşər Əsəd hakimiyyəti dövründə Moskva ilə Dəməşq arasında münasibətlər xüsusilə yüksək səviyyəyə çatmışdı. Rusiya Suriyadakı müharibədə Əsəd hakimiyyətinin əsas xarici dayaqlarından biri kimi çıxış edib və bunun müqabilində regionda mühüm hərbi-strateji imkanlar əldə edib. Buna görə də Moskvanın yeni hakimiyyətlə münasibətlər qurması onun əvvəlki siyasətindən tam imtina etməsi deyil, əksinə, mövcud maraqlarını yeni siyasi reallığa uyğunlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.

Sədrəddin Soltanın fikrincə, son dövrdə Suriya rəsmilərinin Moskvaya səfərləri və iki ölkə arasında danışıqların aparılması da məhz bu strategiyanın göstəricisidir. Rusiya yeni Dəməşq hakimiyyəti ilə əlaqələri möhkəmləndirməklə Suriyada təsir imkanlarını qorumaq istəyir. Bu isə Moskva üçün yalnız ikitərəfli münasibət məsələsi deyil, eyni zamanda Yaxın Şərqdə geosiyasi mövcudluğunun davam etdirilməsi məsələsidir.

Bununla yanaşı, Rusiyanın Bəşər Əsədə sığınacaq verməsi münasibətlərin gələcəyində ən həssas məsələlərdən biri olaraq qalır. Dəməşqin Əsəd və onun komandası ilə bağlı hüquqi və siyasi tələblər irəli sürməsi Moskva üçün ciddi dilemma yarada bilər. Bir tərəfdən Rusiya yeni Suriya hakimiyyəti ilə münasibətləri yaxşılaşdırmaq istəyir, digər tərəfdən isə uzun illər müdafiə etdiyi və hakimiyyətdən getdikdən sonra sığınacaq verdiyi keçmiş prezidentin təhvil verilməsi tələbi ilə üzləşə bilər.

Siyasi şərhçi bu məsələdə tarixi presedentə də diqqət çəkir. Onun sözlərinə görə, 1979-cu ildə İran inqilabından sonra devrilmiş şah Məhəmməd Rza Pəhləvi ABŞ-a, daha sonra isə başqa ölkələrə getmiş, İranın yeni hakimiyyəti isə onun geri qaytarılmasını tələb etmişdi. ABŞ bu tələbi qəbul etməmişdi. Ekspert hesab edir ki, Moskva Bəşər Əsədlə bağlı oxşar addım atmaqda maraqlıdır.

Çünki məsələ yalnız Əsədin hüquqi taleyi ilə məhdudlaşmır. Burada Rusiyanın dövlət reputasiyası və beynəlxalq tərəfdaşlarına verdiyi siyasi təminat məsələsi də ortaya çıxır. Moskva uzun illər dəstəklədiyi bir lideri yeni hakimiyyətin tələbi ilə təhvil verərsə, bu, Rusiyanın digər müttəfiqləri üçün də müəyyən siyasi siqnal yarada bilər. Rusiya ilə əməkdaşlıq edən ölkələr və liderlər gələcəkdə Moskvanın böhran vəziyyətində onları nə dərəcədə müdafiə edəcəyini nəzərdən keçirə bilərlər.

Bu baxımdan Rusiya üçün Əsədi təhvil vermək yalnız Suriya ilə münasibətlər çərçivəsində veriləcək qərar olmayacaq. Bu, Moskvanın müttəfiqlərinə münasibətdə etibarlılığı və siyasi öhdəliklərinə sadiqliyi ilə bağlı məsələ kimi də qiymətləndirilə bilər. Məhz buna görə ekspert Rusiyanın belə bir tələbi qəbul edəcəyini real hesab etmir.

Digər tərəfdən, Dəməşqin bu məsələni gündəmə gətirməsi də təsadüfi deyil. Yeni Suriya hakimiyyəti ölkə daxilində uzun illər davam edən münaqişənin nəticələri ilə üzləşir və keçmiş hakimiyyətin məsuliyyət məsələsi cəmiyyət üçün həssas mövzulardan biridir. Əsədin ölkəyə qaytarılması tələbi həm daxili ictimaiyyətə mesaj vermək, həm də Rusiyadan siyasi güzəştlər əldə etmək üçün danışıqlar vasitəsinə çevrilə bilər.

Belə vəziyyətdə Moskva ilə Dəməşq arasında müəyyən kompromislərin əldə olunması mümkündür. Rusiya yeni Suriya hakimiyyətinin siyasi legitimliyini qəbul etmək, iqtisadi və diplomatik əlaqələri inkişaf etdirmək, müəyyən sahələrdə əməkdaşlıq etmək və Suriyadakı maraqlarını qorumaq istəyəcək. Dəməşq isə Rusiyanın əvvəlki hakimiyyətlə əlaqələrindən irəli gələn məsələlərin müəyyən hissəsində güzəştlər tələb edə bilər.

Lakin Əsədin təhvil verilməsi məsələsi bu danışıqların ən çətin mövzularından biri olaraq qalacaq. Rusiya üçün burada iki maraq toqquşur: yeni hakimiyyətlə münasibətləri normallaşdırmaq və uzun illər dəstəklədiyi keçmiş müttəfiqinə verilmiş siyasi təminatı qorumaq.

Sədrəddin Soltan hesab edir ki, rəsmi Dəməşqin Moskvanı Əsədi təhvil verməyə razı salması asan olmayacaq. Onun fikrincə, bu məsələni gündəmə gətirmək daha çox taktiki xarakter daşıya və Suriyada yeni hüquqi-siyasi sistemin formalaşdığını göstərmək məqsədi güdə bilər.

Ümumilikdə, Moskva-Dəməşq münasibətlərinin gələcəyində əsas sual Rusiyanın Suriyada əvvəlki səviyyədə təsir imkanlarını qoruyub-qoruya bilməyəcəyidir. Rusiya hərbi bazalarını və strateji imkanlarını qorumaq istəyirsə, yeni hakimiyyətlə müəyyən kompromislərə getməli olacaq. Dəməşq isə Moskvanın əvvəlki hakimiyyətə verdiyi dəstəyi nəzərə alaraq, münasibətləri tamamilə kəsməkdənsə, Rusiyanı yeni siyasi reallığın içərisinə çəkməyə çalışa bilər.

Bu prosesdə Əsəd məsələsi daha geniş danışıqların bir hissəsinə çevrilə bilər. Ancaq Rusiyanın onu təhvil verməsi ehtimalı həm siyasi, həm də reputasiya baxımından Moskva üçün ciddi itki yarada biləcəyindən, hazırkı mərhələdə belə bir addımın baş verməsi kifayət qədər mürəkkəb görünür.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ