çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

Image


Turan Rzayev: “Avropa İttifaqının Naxçıvan dəmir yollarına böyük maraq göstərməsi təsadüfi deyil”

Bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır.

Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib ki, Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.

Avropa Birliyinin Naxçıvan dəmir yollarına marağı nə ilə izah olunur?

Politoloq Turan Rzayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfərini vurğulayan politoloq Turan Rzayev baki-xeber.com-a bildirdi ki, ölkə başçısı və birinci xanım Naxçıvanda bir sıra mühüm layihələrlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak ediblər. “Prezidentin Naxçıvana səfər çərçivəsində verdiyi geniş müsahibə isə xüsusilə diqqət çəkir.

Müsahibədə ilk məqam Naxçıvanın inkişafının təhlükəsizlik məsələsindən başladılmasıdır. Naxçıvanın coğrafi xüsusiyyətləri onu Azərbaycanın digər ərazilərindən fərqləndirir və Prezident də bunu xüsusi vurğulayır. Əlahiddə Ordunun yaradılması, hərbi potensialın gücləndirilməsi, müasir texnika və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizlik arxitekturasının ayrıca prioritet kimi nəzərdən keçirildiyini göstərir.

Prezident enerji təhlükəsizliyini fiziki təhlükəsizlikdən sonra ikinci mühüm amil kimi xarakterizə edib. Bu, Naxçıvanla bağlı strategiyanın əsas xüsusiyyətlərindən birini ortaya qoyur. Naxçıvanın enerji təminatı artıq yalnız daxili tələbatın ödənilməsi məsələsi kimi təqdim edilmir. Prezidentin sözlərindən aydın olur ki, əsas məqsəd enerji təhlükəsizliyini tam təmin etdikdən sonra Naxçıvanı enerji ixrac edən məkana çevirməkdir.

Bu baxımdan 300 meqavatlıq istilik elektrik stansiyasının tikintisi, 50 meqavatlıq Günəş elektrik stansiyaları, yeni su elektrik stansiyaları, daha böyük Günəş enerjisi layihələri və batareya saxlanc sistemlərinin yaradılması vahid zəncir təşkil edir.

Prezidentin təqdim etdiyi rəqəmlər bu ambisiyanın miqyasını göstərir. Naxçıvanda mövcud generasiya gücünün təxminən 200 meqavat olduğunu bildirən Prezident gələcəkdə yalnız Günəş enerjisi hesabına ən azı 500, hətta 1000 meqavatlıq potensialdan danışır. Burada söhbət sadəcə əlavə elektrik istehsalından getmir. Məsələnin ikinci tərəfi bu enerjinin xarici bazarlara çıxarılmasıdır.

Bu yanaşmanın daha geniş tərəfi isə Naxçıvanın Azərbaycanın ümumi enerji ixrac strategiyasına daxil edilməsidir.

Prezident Naxçıvandan Türkiyəyə, İrana və perspektivdə Avropaya enerji ixracını mümkün istiqamətlər kimi göstərir. Burdan çıxan nəticə budur ki, Naxçıvanın coğrafi təcrid xüsusiyyəti müəyyən mənada iqtisadi üstünlüyə çevrilməyə çalışılır.

“Müsahibənin ən geniş və siyasi-strateji baxımdan ən əhəmiyyətli hissəsi, şübhəsiz, Zəngəzur dəhlizi ilə bağlıdır. Prezidentin təqdim etdiyi mənzərədə Zəngəzur dəhlizi yalnız bir dəmir yolu və ya avtomobil yolu layihəsi deyil. Əksinə, o, gələcəkdə nəqliyyat, enerji, fiber-optik kommunikasiya və mümkün digər infrastruktur xətlərinin keçəcəyi çoxfunksiyalı regional bağlantı kimi nəzərdən keçirilir.

Prezidentin fikrincə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bərpası muxtar respublikanın iqtisadi potensialını köklü şəkildə dəyişə bilər. Bu zaman Naxçıvan sadəcə son nöqtə deyil, böyük nəqliyyat marşrutlarının üzərində yerləşən tranzit mərkəzə çevrilir.

Burada 15 milyon tonluq yükötürmə qabiliyyəti məsələsi xüsusilə diqqət çəkir. Hazırkı dəmir yolunun təxminən 1,5 milyon ton yükötürmə qabiliyyətindən danışan Prezident gələcəkdə bunun 15 milyon tona çatdırılmasının hədəf olduğunu bildirir. Bu, sadəcə dəmir yolunun bərpası deyil, tamamilə başqa miqyasda logistika sisteminin qurulması deməkdir.

Ən mühüm məsələ isə vaxt faktorudur. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan öz hissəsində işləri Ermənistan ərazisindəki proseslərə bağlamamalıdır. Yəni Azərbaycanın yanaşması ondan ibarətdir ki, öz üzərinə düşən infrastruktur işləri əvvəlcədən və mümkün qədər sürətlə həyata keçirilməlidir. Başqa cür desək Azərbaycan öz ərazisindəki hazırlığı başa çatdırmaqla gələcək regional bağlantının texniki və iqtisadi bazasını əvvəlcədən formalaşdırmağa çalışır.

Müsahibənin ən mühüm və gələcək üçün nəticələri baxımından ən diqqətçəkən hissələrindən biri idarəetmə məsələsidir. Prezident Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda da tətbiq olunduğunu bildirir və bunu struktur islahatlarının tərkib hissəsi kimi təqdim edir.

Burada mühüm məqam Naxçıvanın muxtar respublika statusunun saxlanılmasının ayrıca vurğulanmasıdır. Yəni Prezidentin təqdim etdiyi yanaşmada söhbət muxtariyyət statusunun dəyişdirilməsindən deyil, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsindən gedir.

Prezidentin “idarəetmə qaydaları təkmilləşməlidir” fikri də bu baxımdan əsas tezislərdən biridir. Burada məqsəd yalnız yeni layihələr həyata keçirmək deyil, həmin layihələrin icrasını daha çevik və mərkəzləşdirilmiş koordinasiya mexanizmləri ilə təmin etməkdir.

Prezidentin qeyd etdiyi yeni modeldə Naxçıvan təhlükəsizlik baxımından möhkəmləndirilmiş, enerji baxımından özünü təmin edən və gələcəkdə ixrac edən, nəqliyyat baxımından Azərbaycanı Türkiyə və İranla daha sıx birləşdirən, sənaye və logistika baxımından yeni iqtisadi funksiyalar qazanan, turizm və kənd təsərrüfatı potensialını genişləndirən, idarəetmə baxımından isə daha çevik mexanizmlərlə idarə olunan regional mərkəz kimi təsəvvür edilir.

Bunun həyata keçməsi isə ilk növbədə dəhliz layihələrinin vaxtında reallaşmasından, infrastruktur layihələrinin ardıcıl icrasından, xarici və yerli investisiyaların cəlb edilməsindən və yeni idarəetmə mexanizmlərinin real nəticələr verməsindən asılı olacaq.

Prezidentin təqdim etdiyi strategiyanın əsas fərqi də məhz buradadır. Naxçıvanın gələcəyi əvvəlki kimi Azərbaycanın əsas hissəsindən fiziki ayrılığın yaratdığı çərçivə ilə izah edilmir. Əksinə, həmin coğrafi mövqe qarşıdakı mərhələdə Naxçıvanı Azərbaycanın regional bağlantılar sistemində mühüm qovşaqlardan birinə çevirməli olan əsas üstünlüklərdən biri kimi təqdim olunur”-deyə T.Rzayev qeyd etdi.

“Avropa İttifaqının Naxçıvan dəmir yollarına böyük maraq göstərməsi təsadüfi deyil. Çünki Rusiya-Ukrayna müharibəsi illərdir davam edir və paraleldə də İranla ABŞ arasında gərginlik mövcuddur. Bu da Körfəz ölkələrindən enerji daşınmasına zərər vurur. Avropa isə bu iki gərginlik fonunda enerji çatışmazlığını öz üzərində hiss edir. Doğrudur, Avropanın müəyyən ehtiyatları var, amma bütün hallarda alternativ marşurtlardan istifadə edirlər ki, bunların da ən önəmlisi Azərbaycanın içərisində olduğu Orta Dəhlizdir. Azərbaycan bu gün Gürcüstan üzərindən Türkiyə və Avropaya neft-qaz satışını həyata keçirir. Amma istər mövcud layhələrin ötürülümə qabiliyyəti, istərsə də Azərbaycanın daxili potensialı Rusiya və İranla müqayisədə yetərli deyil. Azərbaycan ixrac olunan neft və qazın həcmini artırmaq üçün Mərkəzi Asiya ölkələri, o cümlədən Suriya, İraq və İraqdakı Kürdüstan muxtariyyatı ilə əməkdaşlıq edir. Bununla ixrac olunan neft və qazın həcmi artırılıb. Amma yenə də ortada sual var ki, bu ötürücülük qabiliyyəti artırılmadan, yeni layihələr olmadan bu istənilən səviyyədə Avropaya çatdırıla bilmir. Buna görə də əslində Zəngəzur dəhlizi-Tramp yolu dediyimiz bu yol Ermənistan ərazisindən Naxçıvana, oradan da Türkiyə ərazisinə keçəcək. Şimaldan, yəni Gürcüstan üzərindən gedən xəttdən başqa cənubdan da bir xətt gedəcək ki, bu həm dəmir yolu, növbəti mərhələdə isə boru xəttləri ilə baş tutacaq. Eyni zamanda Çinin Avropaya uzanan “Bir kəmər, bir yol” layihəsinin logistik hissəsi də yenə Zəngəzur dəhlizindən kifayər qədər böyük potensial verir, Azərbaycan bu yolla Çindən gələcək malların Ermənistana, oradan Naxçıvana, ordan Türkiyə vasistəsilə Avropa bazarına çıxışını təmin edə bilər. Bu baxımdan da Naxçıvan məsələsi Aİ üçün olduqca önəmlidir”-deyə T.Rzayev bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ