Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

Image


Xalid Kərimli: “Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid strateji konsepsiya çərçivəsində inkişaf etdirilməsi Azərbaycanın regional iqtisadi modelini dəyişə bilər”

Prezident İlham Əliyev bildirib ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun inkişafı vahid konsepsiya əsasında həyata keçirilməlidir. O, azad edilmiş ərazilərdə baş planların təsdiqləndiyini qeyd edərək, Naxçıvan şəhərinin də Baş planının hazırlanması və müasir infrastrukturun qurulması ilə bağlı əlavə tədbirlərin görülməsi barədə göstəriş verdiyini açıqlayıb.

Prezident İlham Əliyevin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməsi yanaşmasının əsas səbəbi nədir, bu üç regionun coğrafi, iqtisadi, nəqliyyat və strateji baxımdan hansı ortaq xüsusiyyətləri var və vahid inkişaf konsepsiyası onların gələcəkdə bir-birini tamamlayan regional iqtisadi mərkəzlərə çevrilməsinə necə imkan yarada bilər?

İqtisadçı Xalid Kərimlinin fikrincə, Prezident İlham Əliyevin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzura yanaşmasının əsasını ilk növbədə bu ərazilərin coğrafi yaxınlığı və bir-birini tamamlayan potensialı təşkil edir. Zəngilanla Ordubad arasındakı təxminən 42 kilometrlik məsafə həmin ərazilərin gələcəkdə nəqliyyat, enerji və iqtisadi baxımdan daha sıx inteqrasiyası üçün ciddi imkanlar yaradır.

Bu yanaşmanın yalnız coğrafi amillərlə məhdudlaşmadığını da qeyd etmək lazımdır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın tarixi və sosial-mədəni əlaqələri də bu regionların vahid inkişaf konsepsiyası daxilində nəzərdən keçirilməsinə zəmin yaradır. Beləliklə, söhbət təkcə ayrı-ayrı rayonlarda həyata keçirilən infrastruktur layihələrindən deyil, onların qarşılıqlı əlaqəsinin gücləndirilməsindən gedir.

İqtisadi baxımdan regionların ən mühüm ortaq üstünlüklərindən biri enerji potensialıdır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Naxçıvanın da bərpaolunan enerji imkanlarının geniş olması bu ərazilərin gələcəkdə Azərbaycanın enerji sistemində xüsusi rol oynamasına şərait yarada bilər. Naxçıvanın enerji sisteminin Azərbaycanın əsas ərazisi ilə daha sıx əlaqələndirilməsi isə regional enerji inteqrasiyasını gücləndirə bilər.

Nəqliyyat məsələsi isə bu üç region arasında əlaqələrin formalaşmasında daha böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin güclənməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun da yeni regional nəqliyyat-logistika sisteminə qoşulmasına imkan verə bilər. Bu halda Naxçıvan yalnız Azərbaycanın digər əraziləri ilə əlaqələndirilən ayrıca region deyil, beynəlxalq və regional daşımaların mühüm qovşaqlarından biri kimi çıxış edəcək.

Belə bir modelin iqtisadi üstünlüyü regionların bir-birinin rəqibi deyil, tamamlayıcısı kimi inkişaf etdirilməsindədir. Məsələn, Naxçıvan nəqliyyat-logistika, turizm və günəş enerjisi istiqamətində ixtisaslaşa bilər. Qarabağ və Şərqi Zəngəzurda isə sənaye, kənd təsərrüfatı, turizm və yaşıl enerji layihələrinin daha geniş şəkildə inkişaf etdirilməsi mümkündür. Bu sahələrin vahid nəqliyyat və enerji infrastrukturu ilə birləşdirilməsi ümumi iqtisadi dövriyyəni artırar.

İdarəetmə və şəhərsalma sahəsində də oxşar yanaşmanın tətbiqi diqqət çəkir. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma və idarəetmə modellərinin tətbiqi ilə yanaşı, Naxçıvanın inkişafı üçün də uzunmüddətli planlaşdırma həyata keçirilir. Bu isə regionların inkişafında daha sistemli və uzunmüddətli yanaşmanın formalaşmasına imkan yaradır.

Burada əsas məsələ ondan ibarətdir ki, regionların inkişafı yalnız dövlət investisiyalarının həcmi ilə ölçülməməlidir. Əsas məqsəd həmin ərazilərdə özünü davamlı şəkildə maliyyələşdirə bilən iqtisadi fəaliyyət yaratmaqdır. Bunun üçün istehsal, logistika, enerji, turizm və digır xidmət sektorları arasında əlaqə qurulmalıdır. Yəni yeni yollar və enerji xətləri yalnız infrastruktur obyekti kimi deyil, yeni iqtisadi fəaliyyətin əsasını təşkil edən vasitə kimi nəzərdən keçirilməlidir.

Əgər bu yanaşma ardıcıl şəkildə həyata keçirilərsə, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur gələcəkdə Azərbaycanın iqtisadi xəritəsində bir-birindən ayrı inkişaf edən ərazilər deyil, vahid iqtisadi ekosistemin müxtəlif ixtisaslaşmış mərkəzləri kimi formalaşa bilər. Bu isə həm regionların investisiya cəlbediciliyini artıra, həm də Azərbaycanın tranzit, enerji və turizm imkanlarını genişləndirə bilər.

Nəticə etibarilə, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid strateji konsepsiya əsasında inkişaf etdirilməsi təkcə həmin ərazilərin sosial-iqtisadi dirçəlişi baxımından deyil, Azərbaycanın regional iqtisadi mövqeyinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Əsas məsələ bu potensialı ayrı-ayrı layihələrdən vahid və işlək iqtisadi sistemə çevirməkdir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ