Bu il Ukrayna 2025-ci ildəkindən 2,5 dəfə az hava hücumundan müdafiə raketi alıb. UNIAN-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, bildirib ki, Rusiyanın hazırda əvvəlkindən iki dəfə çox ballistik raketi var.
“Bu il amerikalı tərəfdaşlarımdan inventarlarında olan raketlərin 5%-ni mənə satmalarını xahiş edirəm. Onda qışdan sağ çıxacağıq. Əgər onlar 10%-ni satsalar, bütün Rusiyanın ballistik raketlərini məhv edəcəyik. Hazırda cavab budur ki, onlar bizə yalnız 1%-ni satacaqlar”, - deyən Zelenski əlavə edib ki, vaxtının çox hissəsini əlavə təchizat üçün müttəfiqlərlə zənglərə və pərdəarxası danışıqlara sərf edir.
"Nəyisə raketlərlə dəyişməyə çalışıram... Bəzi şeylər edirəm ki, onlardan danışa bilmirəm. Bu, onların qanunsuz olması demək deyil. Amma mən onlar haqqında danışa bilmərəm", - deyə Ukrayna Prezidenti qeyd edib.
Qeyd edək ki, Zelenskinin ABŞ-dan əsas istədiyi “Patriot” sistemləri üçün raketlərdir. ABŞ hazırda ehtiyatları azaldığı üçün Ukraynaya “Patriot” raketlərinin satışını dayandırıb.
Tahir TAĞIYEV