şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq
Tarix: 13.08.2026 / 16:00
Bölmə: Mədəniyyət
Oktyabrın 28-dən noyabrın 8-dək Bakı yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək: Azərbaycanın paytaxtı Bakı Beynəlxalq İncəsənət Festivalına (BIAF) ev sahibliyi edəcək. 2025-ci ildən bəri keçirilən genişmiqyaslı, multidisiplinar festival müasir dünya səhnəsinin əsas simalarını, o cümlədən rəssamları, xoreoqrafları, rəqqasları, musiqiçiləri, tanınmış ifaçıları və rejissorları bir araya gətirəcək. Festivalın teatr proqramı Lev Dodinin Anton Çexovun eyniadlı pyesi əsasında hazırladığı və böyük rəğbət qazanan "Qağayı" tamaşasının nümayişi ilə açılacaq. Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Malıy" Dram Teatrının – Avropa Teatrının bu yaxınlarda baş tutmuş, nüfuzlu "Qızıl Sofit" və "Qızıl Maska" mükafatlarına layiq görülmüş premyerasını 29 və 30 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində izləmək mümkün olacaq. Görkəmli rejissor uzun illərdir Çexov dramaturgiyasına müraciət edir. Tamaşa klassik əsərin daha dərin və özünəməxsus təfsiridir. Tamaşada Çexovun sənət və həyat haqqında fəlsəfi düşüncələri əsərin dramaturji quruluşuna üzvi şəkildə daxil edilir. Dodinin növbəti Çexov dünyasını yaratdığı aktyor ansamblı da möhtəşəmdir: İqor Çerneviç – Triqorin, Yelizaveta Boyarskaya – mürəkkəb, təsirli və qeyri-adi Arkadina, Sergey Kurışev – Sorin, Anna Zavtur – Zareçnaya, Yevgeni Zayfrid – Treplev, Oleq Ryazantsev – Medvedenko, Polina Sevastyanixina – Maşa obrazında çıxış edəcəklər. Müasir səhnənin ən görkəmli rəssamlarından biri olan Aleksandr Borovskinin metaforik səhnə tərtibatı – səhnə-göl obrazı və yırğalanan qayıqlar – Çexovun varlığın kövrəkliyi haqqında düşüncəsini təcəssüm etdirir. Dodinin sözlərinə görə, onun "Qağayı" tamaşası, xüsusilə də, sənət adamlarına və sənətdəki həyata həsr olunub: "Birdən-birə söhbətin sənətkarlardan – həyatı xüsusilə həssaslıqla duyan, ona özünəməxsus şəkildə və hər dəfə, deyərdim ki, bütün varlığı ilə reaksiya verən insanlardan getməsi önəm qazandı. Əslində, bu tamaşa daha çox özümüz haqqındadır – bu gün düşündüklərimiz, qarşılaşdığımız suallar, məsuliyyətimiz və məsuliyyətsizliyimiz haqqında". "Qağayı" tamaşasının nümayişlərindən dərhal sonra elə həmin səhnədə festivalın tamaşaçıları dünya ədəbiyyatı klassikasının daha bir fərqli yozumunu izləyə biləcəklər. 1 və 2 noyabr tarixlərində Tel-Əvivin məşhur "Qeşer" Teatrı öz nəslinin ən nüfuzlu rejissorlarından biri – Dmitri Krımovun yeni tamaşasını təqdim edəcək. Onun teatrı təxəyyül və oyun qanunları ilə yaşayır; reallıqla dərindən bağlı olan təhlükəli, ecazkar dərəcədə absurd bir oyunla. 2026-cı ilin iyununda premyerası baş tutan "Qanlı Mariya" (Bloody Mary) tamaşası əsərin yaranmasına ilham verən Fridrix Şillerin məşhur "Mariya Stüart" dramının nə səhnələşdirilməsi, nə də sadə illüstrasiyasıdır. Tamaşa rejissorun yaratdığı tamamilə yeni bir dünyanı təqdim edir. Bu dünya faciəli süjetin ayrı-ayrı fraqmentlərindən, onunla bağlı ortaq yaddaşımızdan, eləcə də "Mariya Stüart"ı müasir reallıqlar haqqında ciddi düşüncə və müzakirə üçün başlanğıc nöqtəsinə çevirən çağdaş həyatın özündən formalaşır. Saşa Demidovun Kraliça Elizabet, Yevgeniya Dodinanın isə Mariya Stüart obrazını canlandırdığı əsas personajlar qrotesk, az qala sirk obrazlarını xatırladan uydurma insan- simvollardır. Əsas personajlar gözlərimiz önündə canlanıb ətə-qana dolurlar: maskalar çatlayır, klounada etirafa, mücərrəd obrazlar isə canlı bədənə çevrilir. Bu teatrda gülüş hər zaman kədərli olanla yanaşı dayanır, oyun isə mövcudluq formasına və bizim bu qədər mürəkkəb həyatımız haqqında danışmaq üsuluna çevrilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunacaq tamaşalar da kifayət qədər maraq doğuracaq. 5 və 6 noyabr tarixlərində dünya səviyyəsində tanınan xoreoqraf, əfsanəvi "Batsheva Dance Company" truppasından və Ohad Naharin məktəbinin yetirməsi Şahar Binyamini iki mühüm əsərini – "Yeni dünya" (New Earth) və "Bolero X" tamaşalarını "House of Dance Company"nin ifasında vahid bir proqramda təqdim edəcək. "New Earth" rəqqasların sürünərək etdikləri hərəkətlərin üzvi və daim dəyişən fiqurlara çevrildiyi, hipnotik, demək olar ki, ilkin instinktləri xatırladan səhnə əsəridir. Tamaşanın premyerası 2025-ci ildə Avstriyada keçirilmiş "Bregenzer Frühling" festivalında baş tutub. "Bolero X" isə Binyamininin Moris Ravelin orkestr repertuarının ən tanınmış əsərlərindən biri olan məşhur "Boléro" əsərinə verdiyi yeni yozumdur. 2023-cü ildə Vankuverdə fəaliyyət göstərən "Ballet BC" (Ballet British Columbia) üçün yaradılan tamaşa sonradan genişmiqyaslı ansambl əsərinə çevrilib. Tamaşanın tam versiyasında səhnədə eyni anda 50-yə qədər rəqqas çıxış edir və musiqinin getdikcə artan gərginliyi fonunda fərdiliklə kollektiv güc arasındakı münasibət araşdırılır. Qüsursuz reputasiyaya malik xoreoqraf olan Binyamini "Paris Operası", Milandakı "La Skala", "Bordo Milli Baleti" kimi nüfuzlu teatr və kollektivlərlə əməkdaşlıq edir. Bu il BIAF-ın əsas prinsiplərindən biri dünya səviyyəli, mədəni gündəmi formalaşdıran sənətçilərlə Azərbaycan sənətçiləri arasında sıx əməkdaşlığın qurulmasıdır. Bu yanaşma çərçivəsində Şahar Binyamini hər iki tamaşada iştirak etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Bakı Xoreoqrafiya Akademiyasının rəqqasları arasından seçim edəcək. Xoreoqraf gənc rəqqaslarla məşqlər keçərək onları Bakı səhnəsindəki tamaşalara birbaşa cəlb edəcək. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Bakı Beynəlxalq İncəsənət festivalı (BIAF) Bakının ən seçilən səhnələrində müxtəlif janrları əhatə edən 20-dən çox tədbirlə yaddaqalan olacaq. Proqrama konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətçilərlə görüş və ustad dərsləri daxildir. İncəsənətin möhtəşəm bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçiləri və yaradıcı kollektivləri birləşdirəcək. BIAF-2026-nın ətraflı proqramı və tədbirlərə biletlər festivalın rəsmi saytında əlçatan olacaq: biaf.az
DİGƏR XƏBƏRLƏR
Tarix: 21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
Tarix: 20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
Tarix: 20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
Tarix: 20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
Tarix: 19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
Tarix: 19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
Tarix: 19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
Tarix: 19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
Tarix: 19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
Tarix: 18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı
Tarix: 18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB
Tarix: 17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 07:02
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ