Rusiyanın Lipetsk və Orenburq vilayətlərində cüt və tək günlərdə benzin satışı sisteminin tətbiq olunduğunu açıqlanıb.
Bundan əvvəl, avqust ayında Volqoqrad vilayətində məhdudiyyətlər tətbiq olunmuşdu. Rusiya bölgələrinə məhdudiyyətlərin qaytarılması və benzin böhranının yeni dalğası Ukraynanın Rusiya neft emalı zavodlarına aktiv hücumlarının yenidən başlaması ilə əlaqələndirilir.
Əvvəllər yanacaqdoldurma məntəqələrində növbələrlə bağlı şikayətlər Smolensk, Tula və ətraf bölgələrdən, Gelendjik, Soçi, Krasnodar, Rostov-na-Donu və Moskvadan daxil olurdu. Növbələrlə bağlı şikayətlər ən azı 12 digər bölgədən də gəlməyə başlayıb.
Tahir TAĞIYEV