ABŞ Dövlət katibi Marko Rubio ABŞ hakimiyyətinin "doğum turizmi"nə qarşı mübarizə çərçivəsində bir ay ərzində xarici vətəndaşlar üçün 600-dən çox vizanı ləğv etdiyini açıqlayıb.
X sosial media platformasında dərc olunan açıqlamada Rubio təşkilatçıları bu cür sxemlərdə ABŞ immiqrasiya qanunlarını pozmaqda günahlandırıb və hökumətin bu təcrübəni tamamilə dayandırmaq niyyətində olduğunu bildirib. "Amerika vətəndaşlığı satılmır. Lakin geniş doğum turizmi şəbəkələri ABŞ qanunlarından sui-istifadə edərək xarici vətəndaşları ABŞ viza sistemini aldatmaq üçün öyrətməklə, səyahət və yaşayış yerlərini təşkil etməklə və hətta sənədləri saxtalaşdırmaqla - bütün bunların hamısını uşaqlarının vətəndaşlıq ala bilməsi üçün təşkil edir", - Rubio yazıb. Onun sözlərinə görə, Dövlət Departamenti viza sahiblərinin fəaliyyətini araşdıran, qanunsuz şəbəkələri dağıdan və ABŞ qanunlarının sui-istifadəsinə son qoymağı hədəfləyən xüsusi Doğum Turizminin Qarşısının Alınması üzrə İşçi Qrup yaradıb. Rubio bildirib ki, Dövlət Departamenti “doğum turizmi” şəbəkələrini dağıtmaq və Amerika vətəndaşlığı prinsiplərini qorumaq üçün "bütün mövcud vasitələrdən" istifadə etmək niyyətindədir.
SAMİRƏ