Bazar ertəsi günü, 05 oktyabr 2026
     

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

Image


Mətləb Salahov: “TRIPP Ermənistanın Rusiyanın enerji asılılığından çıxması üçün yeni imkanlar yarada bilər”

Ermənistan parlamentinin "Ermənistan" fraksiyasının deputatı İşxan Sagatelyan bəyan edib ki, Azərbaycan və Türkiyə Ermənistan üçün enerji təchizatı baxımından alternativ ola bilməz.

Bundan əvvəl hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Sarkis Xandanyan bildirmişdi ki, TRIPP çərçivəsində planlaşdırılan gələcək qaz kəməri Ermənistan üçün yeni qaz mənbəyi ola bilər. O, həmçinin qeyd etmişdi ki, əgər Rusiya qazının qiymətinin yenidən nəzərdən keçirilməsi məsələsi yaranarsa, Ermənistan bunu rus tərəfdaşları ilə "dostcasına" müzakirə edəcək, amma diversifikasiyanı vacib hesab edir və Azərbaycandan birbaşa qaz təchizatı ssenarisini də istisna etmir.

Müxalif deputat sual verib ki, “son 100 ildə erməni xalqına qarşı iki dəfə soyqırım və etnik təmizləmə həyata keçirmiş düşmən ölkələr”in birdən-birə öz geosiyasi məqsədlərindən əl çəkib dost olacağına və enerji təchizatçısına çevriləcəyinə necə inanmaq olar. O, həmçinin iddia edib ki, Azərbaycan lideri seçki dövründə mövcud Ermənistan hakimiyyətini dəstəkləyib ki, daha çox güzəşt qopara bilsin və yaxın vaxtlarda yeni "dostluq jestləri" istisna deyil. Sagatelyanın fikrincə, Bakının əsl məqsədi Ermənistanı tam enerji asılılığına salmaq, sonra isə "kranı bağlamaqdır".

Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur naziri Davit Xudatyan daha əvvəl bildirmişdi ki, İrəvan İran qazını Rusiya qazına alternativ kimi nəzərdən keçirmir.

Məlum olub ki, İrəvan Moskvadan məktub alıb – məktubda bildirilir ki, əgər Ermənistan Avropa İttifaqına üzvlük prosesini davam etdirsə, Rusiya tərəfi 2013-cü il 2 dekabr tarixli hökumətlərarası sazişi (təbii qaz, neft məhsulları və emal olunmamış təbii almazların tədarükü barədə) birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər.

Hazırda Ermənistan rus qazının 1000 kubmetrini 177,5 dollara alır. Müqayisə üçün, Avropa İttifaqı ölkələrində bazar qiyməti təxminən 550 dollar təşkil edir, yəni Ermənistan hazırda bazar qiymətindən üç dəfədən çox aşağı qiymətə qaz alır, bu da Rusiyanın mümkün sazişi ləğv etmə hədəsini xüsusilə ağırlaşdırıcı amilə çevirir.

Rusiyanın Ermənistana qaz tədarükü sazişini birtərəfli ləğv etmək təhdidi fonunda, Ermənistan rəsmiləri arasında Azərbaycandan birbaşa qaz idxalı variantının müzakirə olunması real perspektivdə Bakı üçün nə dərəcədə cəlbedici ola bilər – bu, Azərbaycanın regionda enerji habı roluna və Ermənistanla normallaşma prosesinə töhfə verə biləcək iqtisadi imkandırmı, yoxsa Ermənistan daxilindəki siyasi bölünmə (hakimiyyət və müxalifətin bu məsələdə fərqli mövqeləri) və Sagatelyan kimi siyasətçilərin bildirdiyi etimadsızlıq bu təşəbbüsü praktiki baxımdan qeyri-mümkün edir?

Araşdırmaçı-jurnalist Mətləb Salahov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, son parlament seçkilərindən sonra Ermənistanın siyasi səhnəsinə nəzarəti böyük ölçüdə öz əlində cəmləşdirən Nikol Paşinyan və onun komandası daha cəsarətli siyasi və iqtisadi addımlar atmaq üçün geniş imkanlar əldə edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti artıq ABŞ Prezidenti Donald Trampın mühüm regional layihəsi hesab olunan TRIPP çərçivəsində Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığı barədə daha açıq mesajlar verir: “Əslində hazırkı erməni baş naziri üçün bu mənada geniş siyasi şərait də var. Keçmiş müharibə klanını və revanşistləri seçkilərdə məğlub edən hazırkı Ermənistan hakimiyyəti, ABŞ Prezidenti Donald Trampın mühüm layihəsi sayılan TRIPP çərçivəsində Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığı barədə bəyanatlar səsləndirir.

Əslində son seçkilərdə məhz D.Tramp administrasiyasının güclü dəstəyi ilə rəqiblərini sıradan çıxaran N.Paşinyan və komandası hazırda Vaşinqtondan gələn bütün təlimatları səssiz-səmirsiz icra etməyə borcludur”.

M.Salahov hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas məqsədlərdən biri Rusiyanın bölgədəki təsir imkanlarının zəiflədilməsi və regional proseslərdə yeni siyasi-iqtisadi mexanizmlərin formalaşdırılmasıdır. Onun fikrincə, Tramp administrasiyasının Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərə yanaşması əvvəlki ABŞ administrasiyasından fərqli olsa da, bu, Vaşinqtonun Cənubi Qafqazla bağlı strateji maraqlarının dəyişdiyi anlamına gəlmir.

“D.Tramp administrasiyası Co Baydendən fərqli olaraq Vladimir Putinə normal münasibət bəsləsə də, əslində Kremlin Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılmasına çalışır. Bu, strateji ABŞ siyasətidir.

Üstəlik, Qərbdəkilər bu iş üçün məhz İrəvan üzərindən planlar qurmağa başlayıblar. ABŞ administrasiyası isə bölgədə bütün nəzarəti tamamilə ələ keçirmək üçün bu ərazilərdə kök salmış ənənəvi düşmənçilik siyasəti əvəzinə sürətli inteqrasiya və logistika aktivliyini planlaşdırır. Bu isə Moskvanın on illərdir bölgədə apardığı ideoloji stereotiplərin sürətlə məhv olması demək olacaq” - M.Salahov deyib.

Araşdırmaçı-jurnalist hesab edir ki, Ermənistanın daxili siyasi transformasiyası da bu prosesə müəyyən imkanlar yaradır. Onun fikrincə, Paşinyan hakimiyyəti əvvəlki dövrlərdən qalma sərt siyasi stereotiplərdən uzaqlaşmağa çalışır və bu, Ermənistanın qonşuları ilə münasibətlərində yeni mərhələyə keçməsi üçün şərait yaradır.

“Xüsusilə hazırkı erməni hakimiyyəti keçmiş xuntanın Ermənistanda yaratdığı, erməni faşizmini təbliğ edən bir sıra xəstə ideologiyanı da tarixin zibilliyinə atmaqda israrlıdır.

Bu cür zərərli stereotiplərdən xilas olmaq Paşinyan hakimiyyətinə daha sərbəst siyasi manevrlər etmək, bölgə ölkələri, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərdə yeni səhifə açmaq imkanı verir. Hazırkı erməni ictimai rəyi də demək olar ki, hazırda Paşinyanın tərəfindədir” - deyə, ekspert əlavə edib.

M.Salahovun fikrincə, Ermənistan üçün qarşıdakı dövrdə əsas məsələlərdən biri Rusiyadan iqtisadi və enerji asılılığının azaldılması olacaq. O hesab edir ki, Ermənistanın Rusiya bazarından asılılığının aradan qaldırılması və Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, enerji mənbələrinin də şaxələndirilməsi Qərbin İrəvanla bağlı siyasətində mühüm yer tutur.

“Hazırda əsas məsələ Ermənistanın Rusiyadan olan iqtisadi köləliyinə son qoymaqdır. Erməni mallarının Rusiya bazarlarından asılılığını aradan qaldırmaq üçün onların Avropa bazarlarına girişi üçün yaşıl işıq yandıran Qərbdəkilər, indi də İrəvanın Rusiyadan qaz asılılığına son qoymaq üçün baş sındırırlar. Çünki uzun on illiklərdir ki, Ermənistan Rusiya qazına möhtac vəziyyətdə yaşayır”.

Ekspert bununla bağlı Ermənistanın qaz təminatındakı mövcud vəziyyətə də diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan qaz tələbatının böyük hissəsini Rusiya hesabına təmin edir. 2025-ci ildə “Qazprom”un Ermənistana təxminən 2,7 milyard kubmetr qaz tədarük etdiyi bildirilir. Bununla yanaşı, İranla həyata keçirilən “qaz-elektrik” mübadiləsi də Ermənistanın enerji balansında müəyyən rol oynayır.

“Bu məqamda bir faktı qeyd etmək vacibdir. Bu da Ermənistanın Rusiyadan qaz asılılığı ilə bağlıdır. Belə ki, Ermənistan qaza olan ehtiyacının, demək olar ki, hamısını Rusiya qazı ilə ödəyir. 2025-ci ildə “Qazprom” ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. “Elektrik üçün qaz” proqramı çərçivəsində İrandan hər il əlavə 476 milyon kubmetr qaz tədarük olunur. Ermənistan İrana əsasən Hrazdan İstilik Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi verir, İran isə Ermənistana hər 3 kilovat-saat elektrik enerjisi müqabilində 1 kubmetr təbii qaz tədarük edir”.

M.Salahov hesab edir ki, məhz bu fonda Ermənistanın Azərbaycandan qaz alma ehtimalı ilə bağlı müzakirələrin intensivləşməsi təsadüfi deyil. Onun fikrincə, belə bir əməkdaşlıq reallaşarsa, bu, yalnız enerji tədarükünün coğrafiyasının dəyişməsi deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərinin iqtisadi əsaslarının möhkəmlənməsi baxımından mühüm hadisə ola bilər.

“Hazırda isə Ermənistanda Azərbaycandan qaz alışı barədə səslər getdikcə çoxalmağa başlayıb. Parlamentdə yuva quran revanşistlər buna qarşı çıxsalar da, həm erməni cəmiyyəti, həm də Ermənistan hökumətinin üzvləri Türkiyə və Azərbaycandan enerji alışı barədə məntiqli fikirlər səsləndirir, bunun İrəvanı Rusiyanın enerji boyunduruğundan xilas edəcəyini irəli sürürlər.

Onların fikrincə, gələcəkdə Azərbaycan qazının TRIPP (“Tramp marşrutu”) layihəsi çərçivəsində planlaşdırılan yeni boru kəməri vasitəsilə də tədarükü mümkündür”.

Araşdırmaçı-jurnalist hesab edir ki, TRIPP-in reallaşması Ermənistan üçün yalnız nəqliyyat bağlantılarının açılması deyil, həm də enerji mənbələrinin diversifikasiyası baxımından yeni imkanlar yarada bilər. Bu baxımdan layihənin enerji komponenti Ermənistan-Azərbaycan münasibətlərində iqtisadi qarşılıqlı asılılığın formalaşmasına gətirib çıxara bilər.

“Belə görünür ki, Ermənistan rəhbərləri TRIPP layihəsinə böyük ümid bəsləyirlər. Çox güman ki, biz yaxın zamanlarda Ermənistanın mavi qaz asılılığını bitirmək üçün Azərbaycanla təmaslara keçməsini belə müşahidə edə bilərik. Çünki bölgədə olduqca aktiv iqtisadi inteqrasiya və yeni siyasi mərhələ gözlənilir”.

Bu yanaşmadan çıxış edərək, Ermənistanın enerji bazarında mümkün dəyişikliklərin yalnız iqtisadi məsələ olmadığı qənaətinə gəlmək olar. Azərbaycan qazının Ermənistan bazarına daxil olması, əgər siyasi və texniki baxımdan mümkünləşərsə, uzun illər davam edən qarşıdurmadan sonra iki ölkə arasında qarşılıqlı iqtisadi maraqların formalaşmasına xidmət edə bilər. Eyni zamanda Ermənistan üçün enerji mənbələrinin şaxələndirilməsi, Azərbaycan üçün isə yeni regional bazara çıxış deməkdir. TRIPP-in nəqliyyat, logistika və enerji elementlərinin bir-biri ilə əlaqələndirilməsi isə Cənubi Qafqazda iqtisadi münasibətlərin strukturunu dəyişdirə biləcək daha geniş prosesin başlanğıcı ola bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ