Ukrayna Novorossiyskdəki Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına "Palyanytsia" pilotsuz təyyarələri və "Neptun" raketləri ilə zərbələr endirib. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.
"Dünən gecə Ukrayna müdafiə qüvvələrimiz unikal bir əməliyyat keçirərək cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiyskdəki hərbi dəniz bazasına - Qara dənizdəki Rusiya donanmasının sonuncu əsas forpostuna zərbə endirib" – deyə Zelenski bildirib.
O, hava hücumundan müdafiə mövqelərinə, körpülərə və dəniz limanı infrastrukturuna zərbələr endirildiyini deyib: "Dronlarımız, raketlərimiz və pilotsuz dəniz sistemlərimiz təyin olunmuş hədəflərə dəqiq zərbələr endirib".
Müharibənin dayandırılmasını istədiklərini deyən Zelenski, diplomatiya üçün bütün adekvat təkliflərin masada olduğunu bildirib.
Tahir TAĞIYEV