Prezident Trampın "İranda hər şeyi məhv etdik" iddialarına cavab olaraq, Tehran administrasiyasından güc nümayişi kimi açıqlama gəlib.
İran Ordusunun komandan müavini, briqada generalı Əli Rza Şeyx bildirib ki , İranın raket və pilotsuz təyyarə imkanlarının 75 faizindən çoxu hələ istifadə edilməyib və istifadəyə tam hazırdır: “Bu silahların istehsalı fasiləsiz davam edir".
Şeyx İranın ordusu və diplomatiyasının koordinasiyalı şəkildə işlədiyini bildirib: "Biz əsgərlər diplomatiyanın arxasındayıq. Hərbi güc zəif olduqda, diplomat da danışıqlar masasında zəif mövqedə olur".
Şeyx ABŞ-ın siyasi məqsədlərini dəyişdirdiyini iddia edərək bunun "strateji məğlubiyyətin göstəricisi" olduğunu iddia edib.
Tahir TAĞIYEV