Ermənistanda kilsələrdən xaç və digər dini əşyaları oğurladıqlarına görə iki nəfər saxlanılıb. Polisin məlumatına görə, 30 və 38 yaşlı Armavir sakinləri İrəvan-Yerask şossesində saxlanıb. Son iki həftə ərzində hüquq-mühafizə orqanlarına xaç, fincan, buxurdan və digər kilsə əşyalarının oğurlanması barədə məlumatlar daxil olub. Əməliyyat və istintaq tədbirləri nəticəsində cinayətkarlar tapılıb. Məlum olub ki, onlar oğurlanmış əşyaların bir hissəsini artıq satıblar. Xəbərə görə, daha əvvəl Aştarakdakı Hovhannavank monastırından və Artaşatdakı Müqəddəs Con kilsəsindən xaçların oğurlanması barədə məlumatlar yayılmışdı. Ümumi ziyan 270 dollar olaraq qiymətləndirilirdi.
SAMİRƏ