Bazar günü günü, 04 oktyabr 2026
     

50 illik yubileyidir, yoxsa bu da yeni zarafatıdır...

Image


Bəlkə də bu onun yeni zarafatıdır, heç əlli yaşı tamam olmur. Niyə mənə belə gəlir? Çünki 23 il bundan əvvəl necə görmüşdümsə, necə tanımışdımsa elə o şəkildə də qalıb. Üzünü bürüyən sirli təbəssüm yenə də yerindədir, səsi də, sözü də həmişəki kimidir-cəsarətli... Əvəzlə düz 23 il əvvəl elə avqust günlərində tanış olmuşam. Utancaq idi Əvəz, özü də çox utancaq. "Hürriyyət" qəzetində mədəniyyətdən yazırdım, Əvəz isə siyasətdən. Yeni tanış olmuşduq, Əvəz utancaq olsa da, mehriban idi. Uşaqlarla ünsiyyət qururdu. Bir gün uşaqlardan kimsə Əvəzin şeir yazdığını dedi, "özü də əruz vəznində, klassik ruhda, bəzən də Baba Pünhansayağı" yazır dedilər. Planlaşmadan sonra Əvəzlə şeirdən danışdıq, bir neçə satirik şeirini oxudu, açığı xoşum gəldi. Dedim Əvəz, sənin öz üslubun var, Baba Pünhanı yamsılamırsan. Şeirləri çox xoşuma gəldi, ondan savayı Əvəzin özü öz şeirlərini çox gözəl oxuyur. Elə obrazlı oxuyur ki, adam özünü o şeirin içində hiss edir. Əvəz yaxşı şeirlər yazırdı, amma onları üzə çıxarmağa, çap etdirməyə, ədəbiyyatın malı etməyə ya tərəddüd edirdi, ya da can atmırdı. Bu daha çox onun söz, şeir qarşısında daşıdığı məsuliyyətlə bağlı idi daha çox. Mən belə düşünürəm. Əvəzi şeirlərini mətbuatda, hətta kitab şəklində çap etdirməyə çox həvəsləndirdirdim. İstedadlı şair olduğu üçün onun ədəbiyyatda tanınmasını, öz yerini tutmasını istəyirdim. Çünki onun şeirimizə, sözümüzə lazım olduğunu hiss edirdim. Ədəbiyyatdan, şeirdən çox danışırdıq. Əvəz çox oxuyurdu, mütaliə edirdi, öyrəndiklərinə həssaslıqla yanaşırdı. Sözə məsuliyyəti də ən çox bundan irəli gəlirdi. Oxuduqları dəryayi-ümman idi... Əvəzlə dostluğumuzun binası 23 il əvvəl qoyulub. Xasiyyətcə bir - birimizin əksiyik, amma xasiyyətimiz də, sözümüz də tutur. Bir - birimizi yarım sözdən anlayırıq. Əvəz bir gün dedi ki, nəhayət ilk kitabımı çap edirəm. 2006-cı il idi. Kitabın məsləhətçisi mən oldum. "Təzə zarafat" qoymuşdu kitabının adını. Maraqlıdır, kitabın redaktoru görkəmli yazıçımız Əlbala Hacızadə, ön sözün müəllifi dəyərli tənqidçi, qiymətlimiz Əsəd Cahangir idi. Əsəd Cahangir də istedadın sərrafıdır. Səhv etmirəmsə, (yanıla da bilərəm ) Əvəzlə Əsəd Cahangiri mən tanış etmişdim. Hər halda yadında belə qalıb niyəsə. Mənə elə gəlir ki, Ə. Cahangirə Əvəzin şeirləri haqda danışmışdım. Əvəz sonradan təkcə şair kimi özünü təsdiq etmədi, həm də yazıçı, jurnalist, publisist kimi öz sözünü dedi. Bu gün 50 yaşını qeyd edən, əllinin əlli cür imtahanından üzü ağ, alnı açıq çıxan dostum Əvəz Qurbanlıdan danışıram... Deyirəm, bəlkə də heç 50 illik yubileyi deyil, bu onun yeni zarafatıdır. Sonra da düşünürəm ki, bu boyda zarafat olar? Dostumuz illərin belini qırıb gəlib əllinin taxtında oturub... Mübarək olsun! Yadımdan çıxmamış onu da deyim ki, Əvəzin bacısı Hicran Qurbanlı da jurnalist kimi mediamızda öz sözünü deyib. Onun sözünü bir növ Əvəz davam etdirib. Əvəz Qurbanlının şeirlərinə mahnı da yazılıb. Xatirə İslamın oxuduğu "Sənsizləmişəm" mahnısını çoxlarınız eşitmisiniz. Xatirə xanım bu mahnını Əvəzin toyunda da oxudu... Əvəzin toyu çox maraqlı keçdi. Köhnə dostları kimi məclisdə biz də vardıq... Onunla çox şirin zarafatımız, xoş münasibətimiz var. Bəzi şeirlərinin ilk oxucusu olmuşam, istəmişəm ki, Əvəzin satirik və lirik şeirlərini hamı oxusun. Yeri gəlmişkən, Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997–1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyində keçirilmiş müsabiqə zamanı "İlin gənc şairi" seçilib. "Zastava, silaha!" adlı tammetrajlı bədii film ssenarisi, 2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidməti tərəfindən təşkil edilən müsabiqənin qalibi olub. 2012-ci ildə "Canlı dirəklər" adlı hərbi vətənpərvərlik romanı çapdan çıxıb. 2014-cü ildə müəllifin sayca üçüncü kitabı — "Məzardan səngərə" şeirlər toplusu işıq üzü görüb. Müntəzəm olaraq dövri mətbuatda çap olunur. Ə. Qurbanlı, eyni zamanda ictimai fəaliyyəti ilə də tanınıb. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb. 2015-ci ilin iyul ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Əvəzin ömürlüyünü ona görə təqdim etdim ki, onun bu illər ərzində nə qədər işlər gördüyünü siz də biləsiniz. Əziz dostum, həmkarım Əvəz, səni 50 illik yubileyin münasibətilə ürəkdən təbrik edirəm, uğurlar və cansağlığı arzulayıram.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ