ABŞ ordusu İranla münaqişədə ən azı 45 MQ-9 Reaper dronunu itirib. The Washington Post (WP) mənbələrə istinadən xəbər verir ki, bu, onun ümumi donanmasının təxminən 25%-ni təşkil edir. Nəşrin məlumatına görə, hər bir dronun dəyəri 30 milyon dollardan 50 milyon dollara qədər dəyişir və bu model PUA-nın ümumi itkisi 1,3 milyard dollardan çoxdur. Dronların əksəriyyəti Hörmüz boğazında kəşfiyyat və zərbələr üçün istifadə olunub və burada aşağı sürət və aşağı hündürlük səbəbindən asan hədəflərə çevrilib. Bəzi dronlar da rabitə xətaları səbəbindən itirilib. MQ-9 Reaper-lərin itkiləri İrandakı əməliyyat və Ukraynaya silah təchizatı səbəbindən ABŞ-ın ümumi silah çatışmazlığını daha da artırıb. İran kampaniyasının ilk ayında ABŞ Hərbi Hava Qüvvələri və Donanması 850-dən çox Tomahawk raketi və 1000-dən çox Patriot və THAAD yer-hava raketi sərf edib.
SAMİRƏ