NATO-nun Baltik hava polisi missiyasında iştirak edən qırıcı təyyarələri cümə günü Latviya hava məkanında "xarici pilotsuz təyyarə"ni vurub.
«Euronews» Latviya ordusuna istinadən, pilotsuz təyyarənin "Rusiyanın elektron müharibəsi nəticəsində" Latviyaya daxil olduğunu və ölkənin şərqindəki Balvi bölgəsi vurulduğunu bildirib.
Latviya Silahlı Qüvvələri şərq sərhədi boyunca əlavə hava hücumundan müdafiə bölmələri yerləşdirib və hava məkanını izləməyə davam edir.
"Rusiyanın Ukraynaya təcavüzü davam etdikcə, xarici dronların Latviya hava məkanına daxil olması və ya yaxınlaşması ilə bağlı təkrarlanan hadisələr mümkündür" – deyə Müdafiə Nazirliyinin bəyanatında vurğulanır.
Tahir TAĞIYEV