Norveç xarici işlər naziri Espen Bart Eide İranla müharibənin ilkin məqsədlərinə çatmadığını və əksinə, ölkə daxilində radikal qüvvələrin mövqeyini gücləndirdiyini bildirib.
"Düşünürəm ki, tarix bu müharibənin ilkin məqsədlərindən heç birinə çatmadığını göstərəcək", - deyə Eide "Əl-Cəzirə"yə bildirib. O, əlavə edib ki, nəticə etibarilə İrandakı radikalların mövqeyi zəifləmədi, əksinə, gücləndi.
Eide qeyd edib ki, Norveç müharibəyə lap əvvəldən qarşı çıxıb və bunu "çox ağıllı və beynəlxalq hüquqa uyğun olmayan" adlandırıb. O, əlavə edib ki, bu mövqe bu gün daha geniş yayılıb.
Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələrə dətoxunan Eide, ABŞ və İsrailin 28 fevralda ilk hücuma başlatmazdan əvvəl su yolunun açıq olduğunu və bunun ardınca İrandan cavab gəldiyini qeyd edibi. "Ən azından, müharibədən əvvəl mövcud olan naviqasiya azadlığına mümkün qədər yaxın bir vəziyyətə qayıtmalıyıq", - deyə o vurğulayıb.
Eide müharibənin bitməsinin və Hörmüz boğazında gəmiçiliyin bərpasının indi həyati əhəmiyyət kəsb etdiyini deyib: "İnanıram ki, bu, edilə bilər".
Tahir TAĞIYEV