Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ İsrailə kifayət qədər təzyiq göstərməyəcəyi halda Türkiyə, Qətər və Misirin Qəzzaya qarşı "radikal addımlar" ata biləcəyi barədə xəbərdarlıq edib.
Nazir bu açıqlamanı Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci iclasından sonra Misirin xarici işlər naziri Bedr Abdulati ilə keçirilən birgə mətbuat konfransında verib.
"ABŞ-ın İsrailə lazımi təzyiq göstərməsini gözləyirik. Əks halda, biz - Türkiyə, Qətər və Misir - bu məsələdə radikal addımlar atmalı olacağıq" - deyə Fidan bildirib.
Tahir TAĞIYEV
Misirin xarici işlər naziri Bedr Abdulati ilə keçirilən birgə mətbuat konfransında