Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) məlumatına görə, Hörmüz boğazında daha bir gəmi hücuma məruz qalıb.
Gəmi Hörmüz boğazında naməlum raketlə vurulduqdan sonra zədələnib. Ekipaj üzvləri arasında itkilər barədə məlumat yoxdur.
Hadisənin təfərrüatları və raketin mənşəyi hələlik müəyyən edilməyib.
Tahir TAĞIYEV