Ağdamda piyada əleyhinə mina tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Əfətli kəndi ərazisindən keçən Qarqar çayının sahilindən 3 ədəd "PME-3” markalı piyada əleyhinə mina tapılıb və bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat verilib.
Ağdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub. Bu barədə ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov bildirib.