Bakının 158 saylı məktəbinin 4-cü sinfində oxuyan Əmirxan Quluzadə Azərbaycan əsgərinə məktub yazıb və bir nüsxəsini də "Bakı-Xəbər" qəzetinə göndərib.
Böyüyəndə həkim olacağını bildirən Əmirxan yazır ki. özünün əsgər gedəcəyi və Vətənin keşiyində duracağı günü səbrsizliklə gözləyir. Balaca Əmirxan yazır ki, evlərində saxladığı iri bayrağımızı atasının bəslədiyi Qarabağ atlarıının boynuna bağlayaraq qardaşları ilə o atların belində Şuşaya getmək ən böyük arzusudur.
Bu balaca vətənpərvərin yazdığı hər sətir insanı duyğulandırmaya bilmir. Nə yaxşı ki, Azərbaycanın belə övladları var və nə yaxşı ki, gələn nəsillər bugunkü qəhrəmanlarımızdan örnək alır, Vətəni sevməyi, onu qorumağı və qədrini bilməyi öyrənirlər. Belə oğulları olan millət heç zaman basılmaz.
Arzularına çatasan, Əmirxan, və əminik ki, çatacaqsan! O gün uzaqda deyil!
Baki-xeber.com