Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana səfəri öncəsi Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa tələsik səfərinin məqsədi bəlli olub.
Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, Sarkisyanın səfəri qondarma rejimin rəhbərliyində və parlamentində "Lavrov planı” ilə bağlı müzakirələr aparmaq, eyni zamanda ordunun "ağzını aramaq” məqsədi daşıyıb. Lakin onun hər yerdə süngü ilə qarşılandığı xəbər verilir. Bildirilir ki, hətta deputat, Balasanyan soyadlı general işğal altındakı ərazilərin verilməsi sənədini imzalayanları şəxsən güllələyəcəyini deyib. Digər deputat Georgi Petrosyan isə qapını çırparaq zalı tərk edib.
Qeyd edək ki, dünəndən Lavrovun İrəvana səfəri başlasa da, görüşlər və danışılanlar barəsində heç bu ölkənin öz mətbuatında da məlumat yoxdur. Bu isə danışıqların hələ də baş tutmamasından xəbər verir və görünən o ki, Sarkisyan ciddi seçim qarşısındadır. Sözsüz, bu məsələdə Rusiyanın iradəsi təmin olunmalı, yəni Lavrovun təklifləri qəbul edilməlidir. Əks halda Rusiya bunu ona bağışlamaz. Ölkə içindən aldığı sərt təpki isə onu çətin vəziyyətdə qoyub və bu halda Sarkisyanın bir yolu qalır ki, o da postnu tərk etməsidir.