Belə bir açıqlama ilə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan çıxış edib. Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, o bu barədə hökumətin 21 aprel iclasının ardından jurnalistlərə Rusiya XİN başçısının İrəvana bugünkü səfəri barədə açıqlamasında bildirib.
Köçəryanın sözlərinə görə, Lavrovun səfəri zamanı əsasən Rusiya-Ermənistan münasibətləri "və əlbəttə ki, Qarabağ məsələsi” də müzakirə olunacaq. Qarabağla bağlı məhz hansı məsələnin müzakirə olunacağı ilə bağlı suala cavabında isə Köçəryan deyib li, istər erməni, istərsə də rus mətbuatında peyda olan bir çox yazılar reallığı əks etdirmir və bu gün bir çox məsələlərə aydınlıq gətiriləcək.