Cümə günü, 06 noyabr 2026
     

Tarixin saxtalaşdırılması davam edir

Image


“Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı” mövzusu dərsliklərdə

Müasir dövrdə Azərbaycan tarixinin müxtəlif mövzularının yenidən tədqiqinə ciddi ehtiyac var. Çar Rusiyası və sovet dövründə Azərbaycan tarixinin saxtalaşdırılmış, obyektivlikdən uzaq yazılmış mövzularından biri “Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı” mövzusudur. Uzun illər bu mövzu “Azərbaycanın Rusiyaya birləşməsi”, “Azərbaycanın İran və Rusiya tərəfindən iki yerə parçalanması”, “Azərbaycanın İran və Rusiya tərəfindən bölüşdürülməsi” və s. adlar altında öyrənilmiş, hazırda da əksər kitablarda bu cür təqdim olunmaqdadır.

Çar Rusiyası və sovet dövründə şimali Azərbaycanın işğalının hər iki mərhələsi, o cümlədən Gülüstan müqaviləsinə münasibət saxtalaşdırılmışdır. Bunu sovet tarixşünaslığının obyektiv təhlili nəticəsində üzə çıxarmaq mümkündür.

M.Vəliyevin 1984-cü ildə nəşr olunmuş “Zaqafqaziya respublikalarının əməkdaşlığı” kitabının “İctimai elmlər sahəsində Zaqafqaziya respublikalarının əməkdaşlığı” adlanan ikinci fəslində qeyd olunur ki, 1959-cu ilin martında Tbilisidə keçirilən Zaqafqaziya respublikaları elmi idarələrinin ictimaiyyatşünaslarının birinci müşavirəsində ictimai elmlər üzrə elmi tədqiqat işinin əlaqələndirilməsi sahəsində problem komissiyaları təşkil olundu. 1963-cü ilin aprel-may aylarında Kirovabadda (indiki Gəncə) keçirilən Kirovabad, Kutaisi Pedaqoji İnstitutlarının və Yerevan Pedaqoji İnstitutunun Leninakan filialının birgə elmi konfransının materialları kitab şəklində çap edildi. Kitabda qeyd olunurdu ki, Zaqafqaziya xalqları Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illiyini bayram etdilər. 1964-cü ilin aprelində bu münasibətlə Bakı, Yerevan və Tbilisidə Zaqafqaziya elmi idarələrinin sessiyaları oldu. Respublikalarda keçirilən bu elmi sessiyalarda Zaqafqaziyanın Rusiyanın tərkibinə daxil olmasının bu regionun həyatında böyük rol oynadığı, onun mütərəqqi əhəmiyyəti geniş qeyd edildi.

Kitabda qeyd olunan faktlara tənqidi yanaşdıqda məlum olur ki, bu dövrdə ictimai elmlər sahəsində Zaqafqaziya respublikalarının əməkdaşlığı tarixi hadisələrin obyektiv tədqiqnə deyil, əksinə tarixin saxtalaşdırılmasına xidmət etmişdir. Fikrimizcə “Zaqafqaziyanın Rusiyaya birləşməsinin mütərəqqi əhəmiyyəti” adlı mövzu, Azərbaycanın Rusiyaynın tərkibinə daxil olmasının 150 illiyinin bayram edilməsi kimi hadisələr şimali Azərbaycanın 1813 və 1828- ci illərdə çar Rusiyası və 27 aprel 1920-ci ildə XI qırmızı bölşevik ordusu tərəfində işğalını pərdələmək məqsədilə edilmişdi. Buna görə də hətta bu mövzuların “Azərbaycanın Rusiyanın tərkibinə daxil edilməsi”, “Zaqafqaziyanın Rusiyaya birləşdirilməsi” kimi yazılmasına belə Moskavadan icazə verilməmişdir. Məsələ elə təqdim olunmuşdu ki, guya Şimali Azərbaycan işğal olunmamış, könüllü şəkildə çar Rusiyasının tərkibinə daxil olmuşdu.

Sovet dövründə tarixin bu cür saxtalaşdırılmasına qarşı bir sıra Azərbaycan ziyalıları öz etirazını bildirmişdi. Bunlardan akademik Ziya Bünyadov, professor Mahmud İsmayılov, dosent Süleyman Əliyarov və xalq şairi Bəxtiyar Vahabzadəni göstərmək olar. Ziya Bünyadov, professor Mahmud İsmayılov, dosent Süleyman Əliyarov Azərbaycanın könüllü olaraq Rusiyaya birləşmədiyini, işğal olunduğunu göstərdiklərinə görə, xalq şairi Bəxtiyar Vahabzadə isə yazdığı “Gülüstan” poemasını yazdığına görə təzyiqlərə məruz qalmışdı.

I (1804 – 1813) və II (1826 – 1828) Rusiya – İran müharibələri (əslində Rus -Qacar maharibələri) çar Rusiyasının işğalçı siyasəti nəticəsində baş versə də rus və sovet tarixşünaslığında tarixi saxtalaşdırılaraq müharibənin başlamasının bütün məsuliyyəti İranın üzərinə qoyulmuşdu.

Müasir dövrdə Azərbaycan Respublikasında yazılan dərsliklərdə bu mövzuya münasibətin sovet tarixşünaslığında olduğu kimi qalması təəssüf doğurmaya bilməz. Fikrimizcə sovet dövründə bu məsələlərə baxışda burxılmış səhvlərin bu gün də təkrar olunması tarixin yenidən saxtalaşdırılmasından başqa bir şey deyil. Deyilənləri sübut etmək üçün sovet dövründə və dövlət müstəqilliyinin bərpasından sonra nəşr olunmuş “Azərbaycan tarixi” kitablarındaki bəzi faktları müqayisə edək.

Akademik I. A. Hüseynov, M. A. Dadaşzadə, Ə. S. Sumbatzadə və başqalarının redaktorluğu ilə 1963 – cü ildə nəşr olunmuş 3 – cildli “Azərbaycan" tarixi kitabının 2- ci cildində yazılıb: “1826 – cı il iyulun 16 - da 60 minlik İran qoşunu Abbas Mirzənin komandanlığı altında, müharibə elan etmədən Arazı keçərək Azərbaycanın şimal hissəsinə soxuldu. Düşmən qoşunları Zaqafqaziya əhalisini azərbaycanlılar, ermənilər və gürcüləri məhv edir, soyur və onlara əzab verirdilər.”(s. 38); “Şah ordusunun Zaqafqaziyaya hücumundan istifadə edərək varlanmağa çalışan bir sıra keçmiş Azərbaycan xanları İran qoşunları ilə birlikdə hərəkət edirdilər. Onlar feodal və ruhanilərin içərisindən çıxmış bir ovuc xainlərin köməyi ilə əhalinin bir hissəsini, o cümlədən keçmiş xan nökərlərini, maafları və başqalarını aldatmış və müvəqqəti olaraq öz ardlarınca aparmağa müvəffəq olmuşdular ”(s.39); “Şah qoşunları və qiyamçı dəstələr tərəfindən müvəqqəti zəbt olunmuş bütün Azərbaycan əyalətləri 1827 – ci ilin əvvəllərinə yaxın azad edildi” (s.43); “Rus dəstəsi Arazı keçərək Azərbaycanın cənub vilayətlərinə daxil olmuşdu. Əhali rus qoşunlarını sevinclə qarşılayırdı”. (s.44)

Bu yazılanlar sovet dövrünə aid olduğuna görə fikrimizcə saxtakarlığın geniş izahına ehtiyac yoxdur. Baxaq görək dövlət müstəqilliyinin bərpasından sonra nəşr olunmuş “Azərbaycan tarixi” kitablarında mövzu necə təqdim olunub.

Akademik Ziya Bünyadov və professor Yusif Yusifovun redaktorluğu ilə 1994 – cü ildə nəşr olunmuş “Azərbaycan tarixi” kitabında o dövr haqqında belə yazılıb: “İran qoşunları vəziyyətdən istifadə edib Azərbaycanün digər torpaqlarına da hücuma keçmiş, Lənkəranı, Salyanı işğal edərək əhalinin xeyli hissəsini əsir aparmışdı. İran qoşunları ilə Azərbaycana gəlmiş qaçqın xanlar əhalinin köməyilə Gəncə, Şamaxı, Şəki və s. şəhərləri ələ keçirib öz xanlıqlarını bərpa etmiş, rus qoşun dəstələrini geri oturtmuşdu. Azərbaycan ərazisinə girmiş

şah qoşunları əhaliyə amansız divan tutur, cavan kişiləri, qız – gəlinləri əsir aparırdılar”

Bu cümlələrdəki məntiqsizlik özünü açıq – aydın büruzə verir. Bir tərəfdən göstərilir ki, İran qoşunları “əhalinin köməyi ilə” rus qoşunlarını geri oturtmuşdur. Digər tərəfdən isə göstərilir ki, “şah qoşunları əhaliyə amansız divan tutur, cavan kişiləri, qız – gəlinləri əsir

aparırdılar”.

Kitabda daha sonra yazılan fikirlər isə tamamilə sovet tarixşünaslığındakı saxtakarlığın təkrarıdır: “1827 – ci ilin sonlarında rus qoşunları Azərbaycanın cənub torpaqlarına hücuma keçdilər... Rus qoşun dəstələrindən birinin başçısı yazırdı: “Əhali hər yerdə... qoşunlarımızı düşmən kimi deyil, öz himayəçiləri kimi qəbul edərək, qarşılamağa çıxırdı. "(s.578)

Prof. S. Əliyarlının redaktorluğu ilə 1996 – cı ildə nəşr olunmuş “Azərbaycan tarixi” kitabında isə problem belə izah olunur: “Azərbaycan torpaqlarının bir dövlət içərisində birləşmiş olmaması vahid xarici siyasət yeridilməsinə imkan vermirdi. Buna görə də Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq, xanlıqlar arasındakı münasibətləri tənzim etmək üçün ölkəyə göz tikmiş müxtəlif qüvvələr ilə hesablaşmalı olurdular. Bu qüvvələr bir yandan qonşu İran və Türkiyə, o biri yandan isə Avropa dövlətləri olan Rusiya, İngiltərə və Fransa ilə təmsil olunurdu. (s.573);

Bu kitabda I və II Rus – İran müharibələrinə münasibət əvvəlkilərdən köklü surətdə fərqlənsə də İranın Rusiya, Ingiltərə və Fransa ilə eyniləşdirilməsi və işğalçı adlandırılması fikirimizcə yanlışdır. Çünki Qacarlar da Səfəvilər və Əfşarlar kimi Azərbaycan sülaləri idi. I Şah İsmayıl, Nadir şah Əfşar kimi Qacarlar da eyni missiyanı həyata keçirirdilər. Onların məqsədi Nadir şahın ölümündən sonra parçalanmış mərkəzləşmiş dövləti bərpa etməkdən ibarət idi.

Bundan başqa burada fikrimizcə “Azərbaycan xanlıqları” cümləsinin qarşısına “şimali” sözü əlavə olunması yaddan çıxıb. Çünki Nadir şahin ölümündən sonra parçalanmış mərkəzi dövlətin ərazisində yaranmış 24 Azərbaycan xanlığının 12 -si şimali, 12-si isə cənubi Azərbaycanda idi və burada söhbət şimali Azərbaycan xanlıqlarından gedirdi.

Daha sonra kitabda yazılıb: “Beynəlxalq durum İranın Rusiya işğalına qarşı çıxması üçün şərait yaratdı. Bu savaş hər iki tərəf üçün ədalətsiz idi. Cünki özgə torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi.” (s.587)

Fikrimizcə, bu cümlə belə yazılmalı idi: “Beynəlxalq durum İranın Rusiya işğalına qarşı çıxması üçün şərait yaratdı. Bu savaş Rusiya tərəfi üçün ədalətsiz idi. Cünki çar Rusiyası özgə torpaqlarının ələ keçirilməsi uğrunda müharibə aparırdı .”

Mahmud İsmayılovun elmi redaktor olduğu 1998-ci ildə çapdan çıxmış və 2007-ci ildə təkrar nəşr edilmiş “Azərbaycan tarixi. Yeddi cilddə. IV cild” kitabında da sovet saxtakarlığının izi görünməkdədir. Həmin kitabda yazılmış bəzi faktları nəzərdən keçirək.

“1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında Qarabağa soxuldular və onu talan etdilər. “Hələ bu yaxınlaradək laləzar torpaqlar olan hər yerdə indi ancaq kəndlərin xarabalıqları, geniş tut bağlarının qalıqları, bir də atılmış və baxımsız qalmış tarlalar görünürdü”

Fikrimizcə, tarixçi M.İsmayılov bilməyə borclu idi ki, insan öz vətəninə soxula bilməz. Bir də yaddan çıxarmamlı idi ki, Səfəvilər dövründən uzun illər Qarabağ Qacarlar tərəfindən idarə olunurdu. Xalqın böyük rəğbət bəslədiyi Gəncə xanı Cavad xan da Qacar tayfasından idi. 1795, 1797-ci illərdə Qarabağa gələn Ağa Məhəmməd şah Qacar da, 1805-ci ilin yay kompaniyasında da Qarabağa gələn Abbas Mirzə də yadelli deyil, öz vətənlərinə gələn azərbaycanlılar idilər. Qarabağa soxulan isə işğalçı rus qoşunu idi.

Kitabda daha sonra yazılıb: “İyulda İran qoşunları Qazağa soxuldular. İran qoşunlarının komandanı yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kətxudalara bəyanatla müraciət edərək, Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Koryagin 570 nəfərlik dəstə ilə döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşərgəsinə hücum etdi”

Kitabın müəlliflər unudurlar ki, Gəncə-Qarabağ bəylərbəyliyini Qacarlar nəslindən olan Ziyadoğullar idarə etmiş, Qazax sultanlığı da həmin bəylərbəylin ərazisinə daxil idi. Öz vətənlərinin bir hissəsi olan Qazağı azad etməyə gələn Qacarların “Qazağa soxuldular” kimi təqdim etmək kökündən səhvdir.

Kitabda daha sonra yazılıb: “Qəsbkarlar geri çəkilərkən dinc sakinlərdən ibarət kütlələri zorla qovub əsirliyə aparırdılar. Təkcə Şirvandan İrana 6 min nəfər aparılmışdı.”

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Qacarları qəsbkar adlandırmaq və zorla əhalini İrana aparmaq fikri rus və sovet dövrünün saxtakarlığından başqa bir şey deyil. Çar Rusıyasının əsarətinə düşməmək üçün müsəlman əhalinin bir hissəsinin cənubi Azərbaycan ərazisinə köçməsini bu cür təqdim etmək kökündən səhvdir.

Kitabda Gülüstan sülh müqaviləsinin bağlanması səbələri də səhv izah olunub və işğalçı rus qoşunlarına rəğbət açıq-aydın özünü göstərir. Kitabda yazılır: “Şah sarayı 1813-cü il yay kampaniyasının geniş planını işləyib hazırladı, öz casuslarını Azərbaycana və ümumiyyətlə, Zaqafqaziyaya göndərərək, yerli feodalları şah qoşunlarına kömək göstərməyə çağırdı. Lakin müsbət cavab almayaraq, habelə bir sıra parlaq qələbələrdən sonra Rusiyanın Zaqafqaziyada güclənməsindən qorxaraq, sülh danışıqlarına başlamaq qərarına gəldi. ”

Kitabın müəllifləri bilməli idilər ki, Gülüstan müqaviləsinin bağlanmasında onların yazdıqları yox, İngiltərənin Fətəli şah Qacara təziyqləri əsas rol oynayıb. Fətəli şahın Gülüstan müqaviləsi daha sərfəli şərtlərlə bağlamaq imkanı olsa da İngiltərə buna imkan verməmişdi. Ona görə də müqavilədən narazı qalan Qacarlar onun şərtlərinin dəyişmək üçün əlverişli şəraitin yetişməsini gözləyirdilər. Müharibənin əvvəlində İngiltərə Rusiyaya qarşı olsa da Napoleonun Avropanı işğala başlaması onun siyasətini 180 dərəcə dəyişmişdi. Bütün Avropanın işğalından sonra, yalnız ada dövləti kimi hələlik işğala məruz qalmayan İngiltərə Rusiyanın Napoleona qarşı müharibəsində Rusiyanın qələbəsində maraqlı olduğuna görə təcili Gülüstan sülhünün bağlanmasında israr edərək Fətəli şaha təzyiq etdi. Çünki Napoleonun Rusiyada qələbəsindən sonra İngiltərənin işğalı qaçılmaz olardı.

Sovet dövründə və dövlət müstəqilliyinin bərpasımdan sonra nəşr olunmuş “Azərbaycan tarixi” kitablarında müqayisədə bir qəribəlik də özünü biruzə verir. Bu qəribəlik ortaya belə bir sual çıxarır. Keçən əsrin 60-cı illərində şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal olunduğunu bildirməklə obyektiv mövqe ortaya qoymuş Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əliyarovun redaktorluğu ilə müstəqilliyin bərpasından sonra nəşr olunmuş kitablarda bu cür saxtakarlıqların olmasının səbəbi nədir?

Fikrimizcə, həmin müəlliflər çar Rusiyasının şimali Azərbaycanı işğal etməsinə obyektiv yanaşsalar da, Qacarlara münasibətdə obyektiv deyil, düşmən mövqe tutmamaları bu saxtakarlıqların qalmasına səbəb olmuşdu. Müasir dövrdə də əksər vətəndaşlar İran deyiləndə Pəhləvilərin hakimiyyətdə olduğu və müasir İranı nəzərdə tutaraq bu cür səhvləri təkrar edirlər. Tarixən bu ərazilərdə 898-ci ildən 1925-ci ilə kimi mövcud olmuş Sacilər, Salarilər, Rəvvadilər, Atabəylər, Hülakülər, Cəlailər, Qaraqoyunlar, Ağqoyunlar, Səfəvilər, Əfşarlar, Qacarlar dövləti kimi Azərbaycan dövlətlərinin olduğunu yaddan çıxarırlar. Sovet dövründə İran əleyhinə aparılmış düşmən təbliğat hələ də şimali Azərbaycanı rus işğalından müdafiə edən Qacarlara obyektiv münasibət bəsləməyə imkan vermir. Bu düşmən təbliğatın təsiri hətta Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əliyarov kimi hörmətli tarixçilərə və xalqın sevimli şairi Bəxtiyar Vahabzadəyə də Qacarlara obyektiv münasibət bəsləməsinə imkan verməmişdir. B.Vahabzadənin sovet dövründən bəri oxuduğumuz “Gülüstan” poemasındaki “biri baran dedi, biri xər dedi” cümləsinin ikinci hissəsi işğalçı Rusiya ilə Qacarları eyniləşdirmək üçün yazılıb. Lakin yadda saxlamaq lazımdır ki, Qacarlar heç zaman öz xalqına bu cür təhqiramiz münasibət bəsləməyib.

Çar Rusiyası və Sovet hakimiyyəti illərində olduğu kimi Ağa Məhəmməd Qacara və onun qardaşı nəvəsi vəliəhd Abbas Mizəyə qarşı düşmən münasibətin bu gün də eynilə təkrarlanması, onların müasir dövrdə də işğalçı adlandırılması tarixi saxtakarlıqdan başqa bir şey deyildir. Çar Rusiyasına qarşı əlində qılınc axıra qədər vuruşmuş Gəncə xanı Cavad xanı qəhrəman hesab etdiyimiz bir vaxta onunla eyni nəsildən olan mütəfiqlərini düşmən hesab etmək fikrimizcə heç bir məntiqə sığmır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “La Politique İnternationale” jurnalının 2004-cü il 104-cü nömrəsində nəşr olunmuş müsahibəsində demişdir ki, “İranla - mən bunu təkrar edirəm – qədim tariximiz var, orada çoxlu azərbaycanlı yaşayır.”

Preizidentin bu fikrini əsas götürərək müştərək tariximizə rus və sovet tarixşünaslığının təsiri ilə düşmən mövqedən deyil, obyektiv münasibət bəsləmək hər bir tarixçinin borcudur.

Məhərrəm Zülfüqarlı

t.ü.e.d., professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ