Cümə günü, 06 noyabr 2026
     

Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

Image


Rəşad Bayramov: “Azərbaycan-Ermənistan sülh prosesi Tramp üçün son dərəcə əlverişli bir uğur hekayəsinə çevrilə bilər”

Məlum olduğu kimi, Birləşmiş Ştatlar prezidenti Donald Trampın bir sıra səylərinə baxmayaraq, nə İranla müharibədə ciddi nəticə əldə etdi, nə də Rusiya-Ukrayna müharibəsini dayandıra bildi. Bu tərəfdən də noyabrda Konqresə keçiriləcək aralıq seçkiləri yaxınlaşır və seçkiyə heç bir uğur əldə etmədən getmək məğlubiyyət vəd edir.

Belə bir vaxtda Birləşmiş Ştatlar bütün imkanlarını səfərbər edib Azərbaycanla Ermənistan sülh sazişinin imzalanmasını tezləşdirə və təmin edə bilərmi? Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sülh sazişinin paraflanması Trampın iştirakı ilə 2025-ci ilin avqustunda Vaşinqtonda baş tutub. Bu baxımdan Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanarsa və İrəvan bu çərçivədə Konstitusiyada məlum düzəlişlə bağlı üzərinə öhdəlik götürərsə, bu, Trampın seçkidə uğur qazanmasına təsir edə bilərmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Həqiqətən də seçki dövründə Azərbaycan-Ermənistan sülh prosesi Tramp üçün son dərəcə əlverişli bir uğur hekayəsinə çevrilə bilər. Çünki 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilər ərəfəsində Trampın əsas problemi onun özünü təqdim etdiyi “müharibələri bitirən prezident” obrazının bir sıra istiqamətlərdə arzu olunan nəticəni verməməsidir. İranla qarşıdurma hələ də tam həllini tapmayıb. Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində danışıqlar davam etsə də, yekun razılaşma yoxdur. Bunun nəticəsidir ki, Tramp xarici siyasət sahəsində nəticələr baxımından çətin vəziyyətdədir və reytinqi də təxminən 33 faizə düşüb. Belə şəraitdə Cənubi Qafqazda sülh sazişinin imzalanması Tramp administrasiyasına nisbətən daha asan əldə edilə bilən diplomatik dividend verə bilər. Üstəlik, proses artıq müəyyən mərhələni keçib. Məlumdur ki, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə birgə deklarasiya imzalanıb və sülh sazişinin yekunlaşdırılması istiqamətində yol xəritəsi müəyyənləşdirilib. ABŞ-ın sonrakı diplomatik fəallığı və regional bağlantı layihələrinə marağı da göstərir ki, Vaşinqton bu prosesi geniş geosiyasi və iqtisadi layihənin tərkib hissəsi kimi görür.

Lakin burada mühüm bir məhdudiyyət var. O da Ermənistan Konstitusiyasıdır. Vaşinqton tərəfləri danışıqlar masasına gətirə, iqtisadi və siyasi stimullar təqdim edə, hətta hansısa formada diplomatik təzyiq də göstərə bilər. Ancaq Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi daxili siyasi qərarı birbaşa təmin edə bilməz. Hazırda məhz bu məsələ sülh sazişinin tam rəsmiləşdirilməsi qarşısında əsas siyasi maneələrdən biri olaraq qalır. Ermənistan daxilində konstitusiya dəyişikliklərinin necə və nə vaxt keçiriləcəyi hələ tam aydın deyil”.

Bütün bunlara baxmayaraq, R. Bayramovun fikrincə, ABŞ-ın təsir imkanları kifayət qədər genişdir: “Vaşinqton İrəvana iqtisadi, texnoloji və təhlükəsizlik istiqamətində ciddi perspektivlər təqdim etməklə konstitusiya məsələsinin Ermənistan cəmiyyətində qəbul edilə biləcək çərçivəyə salınmasına yardım göstərə bilər. Son dövrdə ABŞ-ın Ermənistanla texnologiya və investisiya sahəsində yaratdığı təşviqlər bu yanaşmanın artıq praktik elementlər qazandığını göstərir. Əgər saziş imzalansa və Ermənistan tərəfi Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarına dair müddəaların aradan qaldırılması istiqamətində konkret öhdəlik götürsə, bunun Tramp üçün siyasi əhəmiyyəti danılmaz olar. Bu, ona seçicilərə uzunmüddətli münaqişəni tamamilə həll etdik mesajını verməyə imkan yaradar. Lakin bunun seçkilərdə avtomatik olaraq böyük üstünlük yaradacağını söyləmək də sadəlövlük olardı. Bəli müəyyən bir təbəqəyə təsir baxımından bu kimi hallar müsbət divident gətirə bilər. Amma ABŞ seçicisinin böyük ölçüdə əsas gündəmi xarici siyasətdən daha çox inflyasiya, yanacaq qiymətləri, iqtisadi vəziyyət və daxili problemlərdir. Başqa sözlə ABŞ seçicisi üçün İranla münaqişə səbəbilə yanacaq qiymətlərində və bir sıra məhsullarda yaranan qiymət artımı daha vacib göstəricidir nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesi. Deməli, Azərbaycan-Ermənistan sülhü Tramp üçün seçkini qazandıracaq əsas faktor yox, itirilmiş diplomatik təşəbbüsçü obrazını qismən bərpa edə biləcək mühüm əlavə uğur ola bilər. Bu baxımdan Vaşinqtonun qarşıdakı aylarda prosesi sürətləndirməyə ciddi cəhd göstərəcəyi kifayət qədər real görünür”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ