İranın Hörmüzqan əyalətindəki Qeşm adası yaxınlığında, eləcə də Sirik və Minab şəhərləri yaxınlığında partlayış səslərinin eşidildiyi bildirilir. Bi barədə İran dövlət televiziyasının məlumat yayıb.
Hormozgan Valiliyi mətbuat açıqlamasında Qeşm adasında eşidilən səslərin dənizdən gəldiyini bildirib, lakin səsin mənbəyi ilə bağlı araşdırmalar davam edir.
İran İnqilab Keşikçiləri Korpusu, ABŞ-ın İran neft tankerlərinə hücumlarına cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin iki döyüş gəmisini - USS Delbert D. Black (DDG-119) və USS John Paul Jones (DDG-53) ballistik raketlərlə hədəfə aldığını açıqlayıb.
Tahir TAĞIYEV