Serbiya Prezidenti Aleksandr Vuçiç 9 sentyabrda parlamenti buraxıb və 25 oktyabrda Milli Assambleyaya (Serbiya parlamenti) növbədənkənar seçkilər təyin edib.
"İnanıram ki, biz hələ də EXPO-ya hazırlaşa bilərik və seçkilər Serbiya hökumətinə kimin rəhbərlik edəcəyinə qərar verdikdən sonra sizin adınızdan işləməyə davam edə bilərik" – deyə Vuçiçin bildirib
Vuçiç bu addımını sosial gərginlik və siyasi fikir ayrılıqları ilə əsaslandıraraq əlavə edib ki, seçkilərin təxirə salınması Serbiyada demokratiyanın qorunmasını, eləcə də Belqradda keçiriləcək EXPO-2027 beynəlxalq sərgisinin keçirilməsini təhlükə altına alacaq.
Vuçiç bu qərarla hökumətin 7 sentyabrda prezidentdən parlamenti buraxmağı tələb edən müraciətini təmin edib.
Tahir TAĞIYEV