İşğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində bu gün mina hadisəsi baș verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb.
Anar Həsənov rayon xəstəxanasına təxliyə edilib, onun əziyyəti qənaətbəxşdir.
XXX
Xocalı rayonunda minatəmizləmə işləri zamanı mina partlayışı baş verib. Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, ərazidə minatəmizləmə fəaliyyəti həyata keçirən ANAMA əməkdaşının iştirakı ilə mina partlayıb. Nəticədə əməkdaş xəsarət alıb.
Yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.