Suriyanın şimal-qərbində silah anbarında baş verən güclü partlayış nəticəsində ən azı 14 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
SANA agentliyinin verdiyi məlumata görə,partlayış İdlib əyalətinin Sarmada şəhəri yaxınlığında baş verib. Hadisənin səbəbi hələlik müəyyən edilməyib. Anbarda 2011-ci ildən 2024-cü ilə qədər ölkədə davam edən üsyan və vətəndaş müharibəsindən qalan silah və sursat olub.
Suriya Mülki Müdafiə və Suriya Qızıl Aypara xilasediciləri dağıntılar altında qalmış ola biləcək insanların axtarışını davam etdirir.
Tahir TAĞIYEV