İranın dünən İordaniyadakı Müvəffəq Salti hava bazasına endirdiyi raket zərbələri nəticəsində bir neçə ABŞ hərbi təyyarəsi zədələnib.
CBS News vəziyyətlə tanış mənbələrə istinadən bildirib ki, aviabazada yerləşdirilən təxminən səkkiz F-15 qırıcısı kiçik ziyan görüb və yenidən xidmətə qaytarılıb. Bir A-10 Thunderbolt hücum təyyarəsi məhv edilib və qanadlarından biri sıradan çıxıb.
Mənbələr İranın İordaniyaya endirdiyi zərbələr nəticəsində Amerika itkiləri barədə məlumat verməyib.
"Gecə ərzində dəyən ziyan ABŞ-ın İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisinə hücumuna cavab olaraq həyata keçirdiyi beş İran tankerinə hücumunun nəticəsidir" – CBS-in jurnalisti bildirib.
Qeyd edək ki, ABŞ-ın İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə hücum cəhdinə cavab olaraq beş İran tankerini məhv etdiyini iddia etməsindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) aviabazaya raket zərbəsi endirib. Daha sonra SEPAH səkkiz tankerə və iki hərbi gəmiyə, eləcə də İordaniyadakı bir aviabazaya zərbə endirildiyini açıqlayıb.
CBS News-un məlumatına görə, dünən İordaniyadakı Amerika qüvvələri İranın endirdiyi zərbələrdən qorunmaq üçün 30-dan çox “Patriot” zenit raketi atıb.
Tahir TAĞIYEV