Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırlıqlar davam etdikcə Əbu-Dabi Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçiriləcəyi məkan kimi gündəmdə olacaq.
"Danışıqların növbəti mərhələsinə hazırlaşmağa başladıqda, əminəm ki, Əmirliklər və xüsusən də Əbu-Dabi bir məkan kimi gündəmdə olacaq" – deyə Peskov jurnalistlərə bildirib.
Moskvanın Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların davam etdirilməsi ehtimalını BƏƏ ilə müzakirə edib-etmədiyinə gəlincə, prezidentin mətbuat katibi vurğulayıb ki, BƏƏ danışıqlara ev sahibliyi etməyə davam etmək istəyini dəfələrlə bildirib: "Biz bundan çox məmnunuq və BƏƏ-nin istəyini yüksək qiymətləndiririk".
Tahir TAĞIYEV