Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan beynəlxalq konsaltinq şirkəti Policy and Management Consulting Group-da (PMCG) baş məsləhətçi vəzifəsinə təyin edilib. Bu barədə şirkətin rəsmi LinkedIn səhifəsində bildirilib.
Qriqoryanın hökumətin ən yüksək səviyyələrindəki təcrübəsinə istinad edən şirkət qeyd edir ki, onun karyerası strateji idarəetmə, diplomatiya, institusional islahatlar, böhranların idarə edilməsi və regional təhlükəsizlik sahələrini əhatə edir. Nəşrin məlumatına görə, yeni təyin olunmuş baş məsləhətçi artıq PMCG-nin işində, xüsusən də TRIPP infrastruktur proqramının texniki-iqtisadi əsaslandırmasında fəal iştirak edəcək.
Armen Qriqoryan 2018-ci ildən 2026-cı ilə qədər Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. Baş nazir Paşinyanın qərarı ilə bu ilin avqust ayında Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib və baş nazirin təklif etdiyi başqa bir vəzifədə icra hakimiyyətində qalmaqdan imtina edib.
PMCG, keçid dövrünü yaşayan və inkişaf etməkdə olan ölkələrdə tərəqqinin təşviqinə həsr olunmuş beynəlxalq inkişaf konsaltinq şəbəkəsidir. Şirkət ABŞ, Gürcüstan, Ukrayna, Ermənistan, Özbəkistan, Polşa və İrlandiyada fəaliyyət göstərir və yerli hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorla tərəfdaşlıq edir.
Tahir TAĞIYEV