Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın Xəzər limanları təhlükədə - - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

Image


Azərbaycanın limanlarında suyun səviyyəsinin azalmasının gəmilərin sahilə yan almasına təsir göstərdiyini artıq rəsmilər də dilə gətirir. Ekoloqlar isə deyir ki, suyun səviyyəsinin təkcə Xəzər dənizində deyil, Volqa çayında da azalması Azərbaycanın logistika imkanlarını məhdudlaşdırır.

Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Onun sözlərinə görə, liman sektoru qarşısında ümumi çağırışlar da var: "Xəzər dənizində suyun səviyyəsinin azalması gəmiçilik üçün və limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Bununla yanaşı, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və münaqişələr limanlar arasında sıx koordinasiyanı daha da vacib edir. Məhz buna görə də CICA çərçivəsində liman rəhbərləri konfransının keçirilməsi mühüm əhəmiyyət kəsb edir". Mütəxəssislərin və rəsmi şəxslərin açıqlamalarına görə, Xəzərin səviyyəsində son onilliklərdə nəzərəçarpacaq azalma müşahidə olunur. 2006–2024-cü illər arasında dəniz səviyyəsinin iki metrdən çox aşağı düşdüyü bildirilir. Azərbaycanda isə son 30 ildə azalmanın təxminən 2,5 metr olduğu barədə məlumat verilib. Hazırkı tendensiyanın davam etməsi Xəzərin sahilyanı ərazilərində ciddi dəyişikliklər yaradır. Bu prosesin ən həssas istiqamətlərindən biri limanlardır. Azərbaycan üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xüsusi strateji əhəmiyyət daşıyır. Ələt qəsəbəsində yerləşən liman ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm rol oynayır. Lakin suyun azalması nəticəsində gəmilərin limanlara daxil olması və yüklənməsi çətinləşə bilər. Daha dayaz sularda böyük tonnajlı gəmilərin hərəkəti üçün əlavə məhdudiyyətlər yaranır, bu isə daşınan yükün həcminin azaldılması və əlavə xərclərin meydana çıxması deməkdir. "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov isə qeyd edir ki, bu ilin sonlarında Xəzər dənizində beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlanılacaq. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi qlobal miqyasda ekoloji çağırışdır və bu bütün Xəzəryanı ölkələrin qarşısında duran məsələdir: "Hazırda Xəzər dənizində dəniz suyunun enməsi ilə bağlı limanda texniki problemlər müşahidə edilmir. Lakin Bakı limanı olaraq, qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə artıq zəruri tədbirlər həyata keçiririk. Yay aylarında dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender elan edilib. Artıq tenderin nəticələrini qiymətləndiririk. Yaxın günlərdə yekun müqavilə şərtlərinin razılaşdırılması nəzərdə tutulur. Düşünürəm ki, 2026-cı ilin sonlarında artıq Xəzər dənizində fiziki olaraq beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq". Baş direktor əlavə edib ki, bu prosesin təxminən bir il yarım davam edəcəyi nəzərdə tutulur: "Bununla bağlı bütün texniki hazırlıq işləri, dəniz dibinin öyrənilməsi, batimetriya tədbirləri tərəfimizdən həyata keçirilib. Bu qabaqlayıcı tədbirdir və hazırda dəniz səviyyəsinin dəyişməsi ilə bağlı limanda texniki və gəmi qəbulu ilə bağlı məhdudiyyətlər müşahidə olunmur". Lakin məsələ yalnız limanların dərinliyini artırmaqla həll edilə bilməz. Əgər Xəzərin səviyyəsi uzun müddət ərzində azalmağa davam edərsə, vaxtaşırı aparılan dibdərinləşdirmə işləri getdikcə daha böyük maliyyə tələb edəcək. Üstəlik, problem təkcə Azərbaycanın deyil, Xəzəryanı bütün dövlətlərin ortaq problemidir. Qazaxıstanın Aktau limanı və digər sahilyanı limanlarda da dayazlaşmanın gəmiçilik imkanlarını məhdudlaşdırdığı barədə məlumatlar var. Ümumiyyətlə, regionun ən böyük ekoloji problemlərindən biri də Xəzər dənizinin səviyyəsinin son illərdə sürətlə aşağı düşməsidir. Xəzərin dayazlaşması qlobal iqlim dəyişmələrinin yaratdığı ciddi ekoloji fəsadlardan biri hesab edilir. Okeanlarla birbaşa əlaqəsi olmayan, planetin ən böyük qapalı su hövzəsi olan Xəzərin səviyyəsini əsasən çaylardan daxil olan su və yağıntılar müəyyən edir. Qlobal istiləşmə Xəzər dənizinin gələcəyi üçün ciddi risk yaradan əsas amillərdən sayılır. Temperatur artdıqca su səthindən buxarlanma güclənir. Nəticədə dənizə daxil olan su ilə itirilən su arasındakı fərq böyüyür. 3 il öncə dərc edilmiş iqlim modelləşdirməsi göstərir ki, XXI əsrdə Xəzər hövzəsində buxarlanmanın artımı yağıntı artımını əhəmiyyətli dərəcədə üstələyə bilər. Bu qorxulu proqnoz reallaşarsa, dənizin su balansı daha da mənfi istiqamətə dəyişəcək.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, Xəzərin su balansında çayların xüsusi əhəmiyyəti var: "Dənizə təxminən 130 çay axır. Buraya su axınının böyük hissəsi Volqa və Ural çaylarının payına düşür. Buna görə həmin çayların su ehtiyatlarında baş verən dəyişikliklər Xəzərin səviyyəsinə birbaşa təsir göstərir. Volqa çayının hövzəsinə gələn yağıntıların əksər hissəsi Atlantik okeanından gələn hava kütlələridir. Volqa hövzəsinə düşən yağıntının miqdarının azalması Xəzərdə suyun səviyyəsinə birbaşa təsir edir. 2026-cı ildə dərc edilmiş yeni araşdırmaya görə, 1991–2019-cu illər ərzində 5 əsas çaydan - Volqa, Ural, Kür, Terek və Səfidruddan Xəzərə daxil olan orta illik su həcmi iki dövrün müqayisəsində təxminən 41,9 kubkilometr azalıb".

Elman Cəfərli qeyd edib ki, Xəzərin problemi yalnız dəniz üzərindəki temperatur artımı ilə məhdudlaşmır. Onu qidalandıran nəhəng çay sistemlərindəki dəyişikliklər də su balansını zəiflədir: “Xəzərdə suyun səviyyəsinin azalmasına təsir edən digər mühüm amil hövzədə su ehtiyatlarına təzyiqin artmasıdır. Son 20 ildə əhali artıb, iri meqapolislər yaranıb, kənd təsərrüfatı genişlənib. Sənaye, enerji istehsalı, aqrar sektor və içməli su təminatı məqsədilə çaylardan sugötürmələr artıb. Xəzəri qidalandıran çayların üzərində son illər enerji istehsalını hədəfləyən və kənd təsərrüfatı məqsədli su anbarları tikilib. Təkcə İranın Xəzərsahili bölgəsində 40 çayın təhlili aparılıb, nəticələr narahatedicidir. Artan temperatur fonunda buxarlanmanın çoxalması və çay axınlarının azalması tendensiyası müşahidə edilib". Onun sözlərinə görə, Xəzər dənizini qidalandıran mühüm mənbələrdən biri də Kür çayıdır: "Kürdə su axınının azalması həm ölkəmizin su təminatına, kənd təsərrüfatına və ekosistemlərinə, həm də Xəzərin ümumi su balansına mənfi təsir göstərir. Xəzərin səviyyəsinin azalması yalnız ekoloji məsələ deyil, həm də ciddi iqtisadi nəticələr doğura bilər. Sahil xəttinin geri çəkilməsi limanların, terminalların, balıqçılıq təsərrüfatlarının, turizm obyektlərinin və digər sahil infrastrukturlarının fəaliyyətinə təsir göstərəcək. Bununla bağlı rəsmi qurumlar dəfələrlə həyəcan təbili çalıb. Dayaz sularda gəmiçilik üçün əlverişli dərinlik azaldıqca əlavə dibdərinləşdirmə işlərinə zərurət yaranacaq. Regionun getdikcə artan ekoloji problemləri, o cümlədən Xəzərdə suyun çəkilməsi bir dövlətin həll edəcəyi məsələ deyil. Dənizin gələcəyi üçün regional əməkdaşlıq vacibdir. Xəzərin dayazlaşması problemi digər 4 sahilyanı dövlətin hamısını - Rusiya, Qazaxıstan, Türkmənistan və İranı da narahat etməlidir. Fikrimcə, Xəzəri qidalandıran çaylardan sugötürmələrə nəzarət mexanizmi işlənib hazırlanmalı, iqlim müşahidələri genişləndirilməli, birgə monitorinqlər aparılmalıdır. 5 ölkə arasında əlaqəli su idarəçiliyinə keçid sürətləndirilməlidir. Ölkəmizin qarşısında duran əsas vəzifə iqlim dəyişiklərinin nəticələrinin yumşaldılması üzrə mitiqasiya və adaptasiya tədbirlərini gücləndirməkdir. Xəzəri qidalandıran əsas çaylarda su resurslarının qorunması prioritet vəzifə olmalıdır. Çaylarda su ehtiyatlarının mühafizə edilməsi üçün qənaətcil suvarma texnologiyalarına keçid sürətləndirılməli, şəhər su şəbəkələrində itkilər azaldılmalıdır”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ