ABŞ Prezidenti Donald Tramp Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə Almaniya üçün Alternativ (AfD) partiyasının qələbəsini "böyük bir uğur" adlandırıb.
Tramp "Alman populist partiyası" adlandırdığı AfD-nin "böyük bir uğur" qazandığını bildirərək əlavə edib: "Nəhayət, onlar Almaniyaya bu qədər zərər verən dəhşətli immiqrasiya qaydaları və qanunlarından beziblər".
Tramp AfD-nin yüksəlişdə olduğunu və Almaniyanın bu immiqrasiya siyasətlərinə "artıq dözməyəcəyini" bildirib.
Tahir TAĞIYEV