Moskva Şəhər Məhkəməsi Ukrayna Prezident Aparatının rəhbəri və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Kirill Budanovu "qadağan olunmuş müharibə vasitə və metodlarından istifadə etmək" ittihamı ilə qiyabi olaraq həbs edib. Bu, Budanovun Rusiyada üçüncü "həbsi"dir.
Ruslar Budanovu "silahlı münaqişədə Rusiya Federasiyasının beynəlxalq müqaviləsi ilə qadağan edilmiş vasitə və metodlardan istifadə etməkdə" günahlandırırlar.
Rusiya mediası bildirir ki, məhkəmə Budanovun "müdafiə şikayətini" kimin və nə üçün verdiyini göstərmədən rədd etmək qərarına gəlib.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Rusiya məhkəməsi Ukrayna hərbi kəşfiyyatının o vaxtkı rəisi Kirilo Budanovun qiyabi "həbsi" ilə bağlı ikinci dəfə qərar verib.
Həmçinin 2023-cü ildə Rusiyanın müharibəyə başlamasına və ordusunun Ukraynadakı mülki infrastruktur obyektlərinə müntəzəm olaraq hücum etməsinə baxmayaraq, Rusiya İstintaq Komitəsi Budanov da daxil olmaqla, Ukraynanın yüksək hərbi rəhbərliyinin nümayəndələrini Rusiya Federasiyasındakı mülki infrastruktur obyektlərinə dron hücumlarında ittiham edib.
Tahir TAĞIYEV