Bazar günü günü, 11 oktyabr 2026
     

Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

Image


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında bir saat davam edən telefon danışığı konstruktiv və açıq keçib. Tərəflər Ukrayna münaqişəsinin həlli, ABŞ nümayəndələrinin Moskva və Kiyevə səfərlərinin nəticələri və humanitar məsələləri müzakirə ediblər. Putin Rusiyanın Avropaya qarşı aqressiv planlarının olmadığını bildirib və ABŞ-ın müharibənin daha tez başa çatması üçün ata biləcəyi addımlara diqqət çəkib. Tramp isə prezidentliyi dövründə Ukrayna münaqişəsinin həllində maraqlı olduğunu, bunun Rusiya-ABŞ münasibətlərinin və ticarət əlaqələrinin geniş bərpasına imkan yaradacağını vurğulayıb. Tərəflər məhbus mübadiləsi və digər humanitar məsələlər üzrə işi davam etdirmək, həmçinin əlaqə saxlamaq barədə razılaşıblar.

Putinlə Trampın bir saatlıq telefon danışığında Ukrayna münaqişəsinin həlli ilə bağlı hansı yeni razılaşmalar əldə olunub və bu danışıq sülh danışıqlarının yaxın zamanda bərpasına real zəmin yarada bilərmi?

Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması istiqamətində ABŞ-ın diplomatik fəallığını artırması diqqət çəkir. Son dövrlərdə Vaşinqtonun həm Moskva, həm də Kiyevlə təmasları intensivləşib.

Murad Sadəddinov: "Əsas məqsəd real sülh deyil, seçiciyə təqdim ediləcək nəticə ola bilər"

Murad Sadəddinov | Banker.az

Politoloq Murad Sadəddinov “Bakı-Xəbər” qəzetinə açıqlamasında hesab edir ki, ABŞ-ın bu fəallığının arxasında təkcə Ukrayna münaqişəsinin həlli deyil, həm də Vaşinqtonun daxili siyasi maraqları dayanır.

Politoloqun sözlərinə görə, əvvəlcə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Moskvaya səfəri, daha sonra isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri Vaşinqtonun Moskva ilə danışıqları davam etdirmək niyyətindən xəbər verir. Onların Moskvadan sonra Kiyevə getməsi isə danışıqlar prosesində tərəflərin mövqelərinin uzlaşdırılması istiqamətində müəyyən yeni təkliflərin müzakirə olunduğunu ehtimal etməyə əsas verir.

Murad Sadəddinov hesab edir ki, bütün yeni təşəbbüslərə və diplomatik təmaslara baxmayaraq, əsas məsələ müharibənin hansı şərtlərlə dayandırılacağıdır. Çünki tərəflərin, xüsusilə də Rusiyanın mövqeləri arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Politoloq ABŞ-ın hazırkı fəallığının səbəblərindən birinin ölkədə qarşıdan gələn seçkilərlə bağlı olduğunu düşünür. Onun sözlərinə görə, noyabrın 3-də ABŞ Konqresinə seçkilər keçiriləcək, Senatın üçdə biri yenilənəcək və müxtəlif ştatlarda da seçkilər baş tutacaq. Bu səbəbdən Prezident Donald Trampın seçki ərəfəsində seçicilərin qarşısına müəyyən nəticələrlə çıxması onun üçün siyasi baxımdan əhəmiyyətlidir.

Ekspert bildirir ki, Ukrayna-Rusiya müharibəsi ABŞ-ın daxili siyasətində əsas məsələ olmasa da, Trampın siyasi rəqibləri bu mövzudan onun əleyhinə istifadə edə bilərlər. Xüsusilə Trampın əvvəlki açıqlamalarında müharibəni qısa müddətdə dayandıracağına dair verdiyi vədlər xatırladıla bilər. Uzun müddət keçməsinə baxmayaraq müharibənin davam etməsi isə seçki kampaniyası zamanı Respublikaçılar Partiyasına qarşı arqument kimi irəli sürülə bilər.

"ABŞ hansısa nəticəni əldə etmək istəyir ki, bunu seçki ərəfəsində öz seçicilərinə təqdim edə bilsin", – deyə politoloq vurğulayıb.

Sadəddinov hesab edir ki, bu nəticənin mütləq şəkildə müharibənin tam dayandırılması olması şərt deyil. Onun fikrincə, məsələn, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi belə Vaşinqton üçün müəyyən siyasi nəticə hesab oluna bilər.

Politoloq hesab edir ki, belə bir görüşün keçirilməsi müharibənin dərhal başa çatmasına gətirib çıxarmasa belə, Tramp administrasiyası bunu diplomatik uğur kimi seçicilərə təqdim edə bilər. Çünki görüşün özünün baş tutması belə ABŞ prezidentinin Ukrayna münaqişəsinin həlli istiqamətində fəal diplomatik siyasət apardığını göstərən siyasi mesaj kimi istifadə oluna bilər.

Ekspert, eyni zamanda, qarşıdakı qısa müddətdə müharibənin tam dayandırılmasının real görünmədiyini düşünür. Onun sözlərinə görə, xüsusilə Rusiyanın mövcud mövqeyi və irəli sürdüyü tələblər nəzərə alınarsa, cəmi bir neçə ay ərzində tərəflərin bütün fikir ayrılıqlarını aradan qaldıraraq yekun sülh razılaşmasına gəlməsi kifayət qədər çətin görünür.

Sadəddinovun fikrincə, buna görə də ABŞ-ın hazırkı diplomatik fəallığının əsas məqsədi müharibəni birdəfəlik başa çatdırmaqdan daha çox, seçkiyə qədər Ukrayna məsələsində müəyyən görünən nəticə əldə etmək və bunu uğur kimi daxili auditoriyaya təqdim etmək ola bilər.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ