ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ara seçkilərdə Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarəti ələ keçirəcəyi təqdirdə hər bir yetkin vətəndaşa 5000 dollar dividend ödəyəcəyinə söz verib.
"Əgər Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda - hər iki palatada qalib gəlsələr... mən Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına beş min dollar dividend verəcəyəm" – deyə Tramp Texasda keçirilən Respublikaçılar Partiyasının seçki kampaniyası zamanı bildirib.
Prezident əlavə edib ki, Demokratlar qalib gələrsə, ABŞ "kommunist ölkəsi"nə çevriləcək. O, həmçinin amerikalılara belə bir ssenaridə "cəhənnəm" vəd edib.
“Əgər biz məğlub olsaq, siz də sərhədlərinizi, vergi güzəştlərinizi, təhlükəsizliyinizi, rifahınızı itirəcəksiniz... Cəhənnəmdən keçəcəksiniz - cəmi iki il əvvəl etdiyiniz kimi. Biz cəhənnəmdən keçdik. Bütün dünya bizə güldü”, - deyə Tramp bildirib.
Tahir TAĞIYEV