8 dəfə "Qızıl top" mükafatının sahibi Lionel Messi İspaniyanın "Eldense" klubunun sahibi olacaq.
"Marca"nın məlumatına görə, argentinalı futbolçu Sequnda təmsilçisini əldə etmək üçün prinsipial razılığa gəlib. Komanda hazırda ikinci ən güclü divizionda dörd turdan sonra 20-ci yerdədir.
Razılaşma, son hüquqi və müqavilə prosedurları başa çatdıqdan sonra yaxın günlərdə yekunlaşdırıla bilər.
Qeyd edik ki, bu, Messinin sahibi olduğu ilk klub olmayacaq. İspaniyada o, bu yaxınlarda beşinci divizion təmsilçisi olan "Kornella"nı satın alıb və yeni gənclər və qadın futbol layihələri hazırlayır.
Lionel ABŞ-da İnter Mayamidə oynayır və karyerasından sonra klubun ortaq sahibi olmaq seçiminə malikdir. O, həmçinin ailəsinin idarə etdiyi Argentinanın Leones de Rosario klubuna sahibdir və Luis Suareslə birlikdə Uruqvayın Deportivo LSM klubunun ortaq sahibidir.
Tahir TAĞIYEV