ABŞ prezidenti Donald Tramp Ontario gölünün Amerika gölü adlandırılmasından sonra Atlantik və Sakit okeanlarına, eləcə də Nyu-Meksiko ştatına yeni adların verilə biləcəyini bir daha irəli sürüb.
"Sakit və Atlantik okeanların adlarını dəyişə bilərik" deyən Tramp Nyu-Meksiko ştatına da yeni ad verilməsini təklif edib.
Tramp əlavə edib ki, "Bu yaxınlarda uyğun hesab etdiyimiz bir fikir ortaya atdıq. Qonşu əyalətimiz var, Nyu Meksiko. Biz düşünürük ki, ora Yeni Amerika deyilməlidir".
ABŞ prezidenti həmçinin Hörmüz boğazının adını onun şərəfinə dəyişdirəcəyinə söz verib. "Xanımlar və cənablar, elan: biz onu Tramp boğazı adlandıracağıq və əminəm ki, İran rəhbərliyi bundan çox məmnun olacaq", - deyə o əlavə edib.
Tahir TAĞIYEV