Norveçin Baş naziri Jonas Gar Store bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə gedərkən dron tərəfindən vurulmaqdan son anda qurtulub.
Hadisə iki gün əvvəl baş verib. Nazir məlumatın mənbəyini və ya dronun təyyarəyə nə qədər yaxınlaşdığını açıqlamayıb.
Zelenski dünən Osloda Norveç kralı V Haraldın dəfn mərasimində iştirak edib. O, dəfn mərasimindən dərhal sonra Norveçi tərk edib.
Iki gün əvvəl Kişinyov hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb, çünki iki Rusiya dronu Moldova hava məkanına daxil olub. Dronlardan biri boş bir sahəyə düşərək yanğına səbəb olub, digəri isə Rumıniya hava məkanına doğru istiqamət alıb.
Tahir TAĞIYEV