İspaniya Nümayəndələr Palatası bu çərşənbə günü Seutadakı miqrant böhranının kölgəsində yenidən toplanıb. İclas zamanı müxalifət partiyaları hökuməti və Baş nazir Pedro Sançezi İspaniyaya kütləvi miqrant axını ilə bağlı tədbirlərə görə sərt tənqid ediblər.
İspaniya Baş naziri Pedro Sançez bu sözlərdən sonra "Vox" partiyasının liderinə maraqlı şəkildə cavab verib. "Vox" lideri Santyaqo Abaskal onu "diktator" adlandırdıqda , Sançez ona sərt cavab verərək deyib: "Siz məni avtokrat, diktator adlandırdınız, hətta it adlandırdınız. Sizdən fərqli olaraq, mən bir it ola bilərəm, amma sahibim yoxdur".
Abaskal Netanyahu administrasiyası və İsrailin mövqeyini dəstəkləyən siyasətçi kimi tanınır. O, hətta Baş naziri Sançez hökumətinin Fələstin dövlətini tanımaq qərarını və İsrailin Qəzzada apardığı əməliyyatları tənqid etməsini qətiyyətlə pisləyərək, bu qərarın "terrorizmi mükafatlandırdığını" iddia edib.
Tahir TAĞIYEV