Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, avqustun 9-u gecəsi Rusiya hərbi qüvvələri dronlarla Odessa vilayətində, Moldova-Ukrayna sərhədində yerləşən Starokazachee beynəlxalq avtomobil buraxılış məntəqəsinə hücum edib. "Dronlar buraxılış məntəqəsinin infrastrukturuna və ətraf əraziyə zərbələr endirib və yanğınlara səbəb olub", - Ukrayna Dövlət Sərhəd Xidməti bildirib.
Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, iki mülki şəxs həlak olub, üç nəfər yaralanıb. Xilasedicilər 16 nəfəri təhlükəsiz yerə təxliyə ediblər. Kiper qeyd edib ki, beynəlxalq nəzarət-buraxılış məntəqəsinin işi hazırda dayandırılıb. Ukrayna Fövqəladə Hallar Xidməti əlavə edib ki, hücum nəticəsində sərnişin avtobusları, yük maşınları və minik avtomobilləri məhv edilib.
Rusiya Müdafiə Nazirliyi Starokazaçiyeyə endirilən zərbəni təsdiqləyərək, nəzarət məntəqəsinin Ukraynaya hərbi təchizatın çatdırılması üçün istifadə edildiyini qeyd edib. Rusiya ordusu həmçinin Kiyev, Nikolayev və Nikolayev bölgəsindəki hədəflərə də zərbələr endirildiyini bildirib. Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi Triqhatı elektrik yarımstansiyası, Nika-Tera yük terminalı və anbar və logistika obyektləri vurulub. Mer Vitali Kliçkonun sözlərinə görə, gecə hücumundan sonra Kiyevdə beş nəfər yaralanıb. Üç sakin xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl də Rusiya ordusu Odessa bölgəsindəki beynəlxalq nəzarət məntəqələrinə dəfələrlə hücum edib.
Tahir TAĞIYEV