Cümə günü, 06 noyabr 2026
     

Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

Image


Nəzakət Məmmədova: "Çoxcildliyin birinci cildi çapa hazırlanır"

Respublika Xatirə Kitabı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirən ensiklopedik tarixi salnamədir. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, həmçinin Qarabağ müharibələrində şəhid olanların həyat və döyüş yolunu əks etdirən kitablar hazırlayır. Redaksiya tərəfindən "44 gün – Tarixi zəfər" kitab seriyası nəşr edilib. Hazırda isə Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ müharibəsində şəhid olan vətəndaşlarımızın xatirəsini əbədiləşdirməklə bağlı yeni layihəyə başlayıb.

Müsahibimiz Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə həm yeni layihə, həm də indiyə qədər görülən işlərdən danışdıq.

- Nəzakət xanım, Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi işinə başlamısınız. Redaksiyanın yeni layihəsi neçə kitabdan ibarət olacaq?

- "44 Gün-Tarixi zəfər" dördcildiyindən sonra qarşımızda duran əsas vəzifələrdən biri Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi ilə bağlı idi. Bu istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nə­sillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəy­yənləşdirmək istiqamətində addım atmaq idi. Bu redaksiyanın əsas prioritetlərindən biri olub.

Həmişə deyirəm ki, Birinci Qarabağ savaşı olmasaydı İkinci Qarabağ savaşı da olmayacaqdı. İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görmüşük, "44 Gün-Tarixi zəfər" dördcildliyini nəşr etmişik, təqdimat mərasimlərini edə keçirmişik.

Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı başladığımız layihənin 10 cilddən ibarət olmasını nəzərdə tutmuşuq. Bu kitablarda 20 minə yaxın şəhidimizin adı əbədiləşdiriləcək.

Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı çoxcildliyin birinci cildi çapa hazırlanır.

Yəni artıq nəşriyyat işi başa çatıb və işıq üzü görmək ərəfəsindədir.

- Birinci cilddə neçə şəhidin adı əbədiləşir?

- 1700 şəhidin adı gedib.

- Birinci Qarabağ müharibəsi şəhidləri haqqında kitabın ərsəyə gəlməsi tarixi yaddaşımızın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca müqəddəs və mühüm bir addımdır. Şübhəsiz, çətinliklətiniz də olur. Qarşınıza çıxan çətinliklər əsasən nə ilə bağlı olur?

- Şəhidlərin şəkilləri yığmaq, dəqiqləşdirmək məsələsində çətinliklə qarşılaşdığımız olur. Çünki elə ailələr var ki, onlar qaçqınlıq şəraitində üç-dörd yer dəyişiblər. Bu səbəbdən də şəkilləri tapmaqda çox çətinliklər çəkirik. Biz A hərfini yekunlaşdırmışıq. Amma deyim ki, ikinci cilddə, o biri hərflərdə A hərfinin əlavələri olacaq. Düşünürəm ki, 10-cu cildə qədər axtarışlarımız davam edəcək.

Ona görə də 10-cu cildə qədər hər cild çıxanda orada əlavələri də verəcəyik.

Biz istəyirik ki, İkinci Qarabağ savaşında şəhid olan övladlarımızın xatirəsini əbədiləşdirdiyimiz kitablarda olduğu kimi Birinci Qarabağ müharibəsi şəhidlərinə həsr etdiyimiz 10 cildlikdə də şəhidlər haqda məlumatlar şəkili getsin. Cildlər rəngli, nəfis tərtibatda olacaq. Kitabların rəngi də tünd yaşıldır. "44 Gün-Tarixi zəfər" dördcildliyi göy rəngdə idi.

- Birinci cild nə zaman çap olunacaq?

- Noyabr ayında birinci cild tam hazır olacaq, mətbəədən çıxacaq.

- Söhbətlərimiz zamanı deyirdiz ki, İkinci Qarabağ müharibəsi şəhidləri barədə məlumat toplamaqda çətinliyiniz olmadı, amma Birinci Qarabağ müharibəsində şəhid olanlarla bağlı isə çətinliklər oldu. Onlarla bağlı səhih informasiya almaq istiqamətində sizə əsasən hansı qurumlar dəstək verdi?

- Bakı rayonları da daxil olmaqla 66 rayonumuzun icra hakimiyyətlərinə biz yenidən sorğular göndərdik. Bu dəfə bizə əsas dəstək icra hakimiyyətlərindən gəldi.

İkinci Qarabağ müharibəsindən sonra icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradıldı. O şöbələr bizə Birinci Qarabağ müharibəsi şəhidləri barədə məlumatların toplanmasında böyük dəstək oldular. Çünki onlar şəhidlərin dəfn yerləri, qəbirüsütü şəkilləri və sair haqda dəqiq məlumatları verdilər. Yəni tam olmasa da onlara istinad edə bildik. Çünki biz əsas məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Agentliyindən, Müdafiə Nazirliyindən alırıq. Amma bu dəfə köməyimizə daha çox icra hakimiyyətləri çatdı.

- Bəzən ayrı-ayrı şəhidlərə aid məlumatlarda ziddiyyətlər olur, şəkilləri dəqiqləşdirmək mümkün olmur. Məlumatları dəqiqləşdirmək üçün redaksiya əməkdaşları çətinliklərlə də üzləşir. Belə hallarda nə edirsiz?

- Bəli, elə çətinliklərimiz də əsasən onlarla bağlı olur. Məsələn, elə olur ki, bir adın dəqiqləşdirilməsi üçün əməkdaşlarımız iki-üç rayonun ezamiyyətə gedir. Şəhidin dəfn olunduğu ünvan, məkan dəqiq göstərilmir, yaxud ad və soyadında hansısa bir hərf səhv olursa artıq ünvan dəyişilir. Ona görə çox çətinliklərimiz olur. Bunu da ancaq ezamiyyələr yolu həll edirik. Əməkdaşlarımız gedib məsələni yerində dəqiqləşdirirlər.

İndi bir az o rahatçılığımız da var ki, torpaqlarımız artıq azad olub. Kütləvi məzarlıqlar aşkar olunur və bu məzarlıqlardan çıxarılan cəsədlər üzərində də dəqiqləşdirmə aparılır.

Respublikası Xatirə Kitabının itkin düşmüş, əsir və girov götürülmüş şəxslərə həsr olunan dörd cildliyində onlar barədə məlumatlar vermişdik. İndiyə qədər 20-dən artıq kütləvi məzarlıq aşkarlanıb və onların nəşləri də qohumlarından götürülən DNT analizi vasitəsilə dəqiqləşdirilir. Bu da bizə bir qədər kömək etdi.

Rayonlarda şəhid ailələrinin Whatsapp qrupları var və biz də o qruplara qoşulduq, şəhid ailələri də bizə şəkillər, məlumatlar göndərir.

Ümumiyyətlə, məlumatları əldə edəndən sonra biz onu şəhid ailələri ilə dəqiqləşdiririk. Məsələn, oxşar şəkillər olur və biz onu ancaq şəhidin anası, yaxud yaxını ilə dəqiqləşdirə bilirik. Düzdür, elə şəhidlərimiz də var ki, yaşayan ailə üzvü yoxdur, onlar haqda məlumatları isə dəqiqləşdirməkdə bizə icra hakimiyyətləri kömək edir.

Düz 3 il idi ki, biz Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı işləyirdik, nəhayət ki, birinci cildimiz işıq üzü görəcək.

- Birinci Qarabağ müharibəsinin uşaq şəhidləri də var. Onlar haqda necə, ayrıca bir kitab nəzərdə tutursunuzmu?

- Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində uşaqlarımız da erməni terrorunun, təcavüzünün qurbanı olublar. Vətən müharibəsi dövründə Gəncənin, Bərdənin, Tərtərin raketlə vurulması nəticəsində uşaqlarımız da həlak oldular.

İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərə həsr etdiyimiz nəşrlərdə Birinci Qarabağ müharibəsində həlak olan uşaqlar haqda da məlumat vermişik. Amma hamısını əhatə etməyə də bilər. Əslində uşaq şəhidlərlə bağlı kitabın hazırlanması yaxşı ideyadır. Ola bilər ki, gələcəkdə bunu ayrıca bir kitab kimi də işləyə bilərik.

- İndiyə qədər Xatirə Kitabının neçə cildi işıq üzü görüb?

- 33 cildi çıxıb. Yəni bura əlavələr də daxildir.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edib.

Məsələn, 1941-1945-ci il müharibəsində həlak olan azərbaycanlılarla bağlı 16 cild buraxmışdıq, sonra 17-ci cilddə tam olaraq əlavələri verdik. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab çap edib.

Eyni zamanda 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 Gün-Tarixi Zəfər" adlı dördcildliyi nəşr etdik. Onu da deyim ki, bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.

"Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" kitabını da qeyd etmək istəyirəm. Burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.

- Rəhbərlik etdiyiniz redaksiyanın digər layihələri də var. Bu yöndə hansı işləri vurğulayardınız?

- Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, müəllifi olduğum "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 8-i geniş ictimaiyyətə təqdim olunub.

Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ