Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərinin Qarabağa səfəri davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunan səfərdə həmin ölkələrdə fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
Səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərinə gəlib. Din xadimləri Xankəndi şəhərində Zəfər parkı və Zəfər meydanı ilə tanış olacaqlar. Nümayəndə heyətinin bu gün həmçinin Xocalı və Ağdama da səfəri nəzərdə tutulur.